AZ    EN
logo
2021-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 722,3 manat olmuşdur. 2021-ci ilin yanvar-may aylarında 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz artmışdır. 2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 104,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3752,8 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 713,2 manat olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 299,5 min olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında istehlakçılara 9,5 milyard manatlıq məhsul satılmışdır. 2021-ci il mart ayının 1-nə əhalinin sayı 10127127 nəfər olmuşdur. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.
image

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib

01.07.2021, 12:28

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib.

Əvvəlcə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov iclasın gündəliyində duran məsələlər barədə Şura üzvlərinə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmaqla hasilat sənayesində şəffaflıq (HSŞ) və hesabatlılıq üzrə beynəlxalq səyləri daim dəstəkləmiş, beynəlxalq standartlar əsasında HSŞ üzrə hesabatlılığın təmin edilməsi məqsədilə ölkədə fəaliyyət göstərən xarici və yerli şirkətlərlə sıx əməkdaşlıq edərək lazımi tədbirlər həyata keçirmiş, o cümlədən müvafiq hesabatların hazırlanaraq ictimaiyyətə açıqlığını təmin etmişdir. Bununla yanaşı, son illərdə hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standartlarda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və onların daha çevik işləməsi məqsədilə mühüm dəyişikliklər nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin “Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 28 iyul tarixli 1114 nömrəli Fərmanı ilə dayanıqlı hesabatlılığın tətbiqi üzrə yeni tələblər müəyyənləşdirilmiş və HSŞ üzrə hesabatlılığın və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsinin, Azərbaycan Respublikasında HSŞ üzrə hesabatların davamlı toplanmasının və ümumiləşdirilmiş rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanmasının təmin edilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilmişdir. Dövlət Statistika Komitəsi tərəfindən sözügedən Fərmanın icrasını təmin etmək məqsədilə ötən dövr ərzində müvafiq tədbirlər həyata keçirilmişdir.

Daha sonra Komitə sədri son illər inzibati məlumatlardan istifadəni artırmaq istiqamətində aparılan işlər barədə şura üzvlərinə məlumat verərək qeyd edib ki, inzibati məlumatlar rəsmi statistika üçün xüsusi əhəmiyyətə malikdir. Statistik vahidlərin üzərinə düşən məlumat yükünün azaldılması üçün onlar tərəfindən müxtəlif dövlət qurumlarına təqdim edilən məlumatlar üzrə təkrarçılığın aradan qaldırılması, inzibati vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət qurumları tərəfindən toplanan məlumatların rəsmi statistikada istifadəsinin genişləndirilməsi, həmin məlumatların Dövlət Statistika Komitəsinin statistik məlumat bazalarına inteqrasiyası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmək məqsədilə müvafiq işçi qrupları yaradılmışdır. İşçi qruplarına verilmiş tapşırıqların icrası olaraq, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin, eləcə də Dövlət Miqrasiya Xidməti və Dövlət İmtahan Mərkəzinin məlumat bazalarının inteqrasiyasına dair hazırlanmış müvafiq Razılaşmalar imzalanmış və bununla əlaqədar hazırda zəruri təşkilati, texnoloji və texniki tədbirlər həyata keçirilməkdədir.

İclas zamanı Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev “Dövlət qurumlarının məlumat bazalarının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına inteqrasiyası ilə bağlı görülmüş işlər haqqında”, Sənaye və tikinti statistikası şöbəsinin müdiri Elman Qasımzadə “Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı həyata keçirilmiş tədbirlər haqqında” məruzələrlə çıxış edərək ətraflı məlumat veriblər.

Müzakirələrlə davam edən iclasda Şura üzvləri tərəfindən müxtəlif təkliflər səsləndirilib, görülmüş işlər müsbət qiymətləndirilib və bu istiqamətdə işlərin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim