AZ    EN
logo
2021-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 722,3 manat olmuşdur. 2021-ci ilin yanvar-may aylarında 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz artmışdır. 2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 104,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3752,8 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 713,2 manat olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 299,5 min olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında istehlakçılara 9,5 milyard manatlıq məhsul satılmışdır. 2021-ci il mart ayının 1-nə əhalinin sayı 10127127 nəfər olmuşdur. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.
image

Dövlət Statistika Komitəsi ilə UNICEF arasında birgə İş Planı imzalanıb

08.06.2021, 14:35

İyunun 8-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında 2021-2022-ci illəri əhatə edən dövr üçün birgə İş Planının imzalanması mərasimi keçirilib.

Komitə sədri Tahir Budaqov mərasim iştirakçılarını salamlayaraq bildirib ki, Dövlət Statistika Komitəsi ilə BMT-nin müvafiq strukturları, o cümlədən UNICEF arasında sıx əməkdaşlıq mövcuddur. Qeyd olunub ki, 2021-2022-ci illəri əhatə edən dövr üçün birgə İş Planı “Azərbaycan Hökuməti ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında 2021-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” çərçivəsində hazırlanıb. İş Planının həyata keçirilməsi ölkədə ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının statistik qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi məqsədilə Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsinə dəstək verəcək, uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsinə kömək edəcək.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin Dövlət Statistika Komitəsi ilə birgə hazırlanmış İş Planının əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu əməkdaşlıq DİM-ə nailolma vəziyyətinin statistik qiymətləndirilməsi, bu sahədə monitorinq və hesabatvermə üzrə milli potensialın artırılması üçün məlumatların toplanması işinin təkmilləşdirilməsinə dəstək göstərəcək.

Sonra “2021-2022-ci illəri əhatə edən dövr üçün birgə İş Planı”nın imzalanması mərasimi keçirilib. İş Planını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin imzalayıblar.

Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim