AZ    EN
logo
2021-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 722,3 manat olmuşdur. 2021-ci ilin yanvar-may aylarında 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz artmışdır. 2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 104,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3752,8 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 713,2 manat olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 299,5 min olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında istehlakçılara 9,5 milyard manatlıq məhsul satılmışdır. 2021-ci il mart ayının 1-nə əhalinin sayı 10127127 nəfər olmuşdur. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Turizmin mövcud vəziyyəti haqqında

25.05.2021, 12:00

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmiş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilmişdir.

Ölkəmizə gələnlərin 32,7 faizi Rusiya Federasiyası, 27,6 faizi Türkiyə, 16,7 faizi İran, 10,8 faizi Gürcüstan, 2,5 faizi Ukrayna, 1,1 faizi Böyük Britaniya, 1,0 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxıstan və Özbəkistan, hər birindən 0,6 faiz olmaqla Türkmənistan və Almaniya, 0,5 faizi İtaliya, 4,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 92,6 faizini kişilər, 7,4 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında Gürcüstandan gələnlərin sayı 8,6 dəfə, Türkmənistandan - 6,9 dəfə, Qazaxıstandan - 5,7 dəfə, Özbəkistandan - 3,8 dəfə, Rusiya Federasiyasından - 3,1 dəfə, Ukraynadan - 2,7 dəfə, Böyük Britaniyadan - 2,7 dəfə, Belarusdan - 1,8 dəfə, Türkiyədən - 1,5 dəfə, İrandan - 1,2 dəfə azalmışdır. 

2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 2,5 dəfə azalaraq 27,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,1 dəfə azalaraq 63,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə azalaraq 5,9 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi dəmir yolu və avtomobil, 27,1 faizi hava, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                                                                             

2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,8 dəfə azalaraq 162,8 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 42,4 faizi Türkiyəyə, 22,1 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 6,9 faizi İrana, 19,2 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 75,4 faizini kişilər, 24,6 faizini qadınlar təşkil etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 28,5 dəfə, Gürcüstana gedənlərin sayı 18,3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 5,4 dəfə, Türkiyəyə  gedənlərin sayı isə 1,3 dəfə azalmışdır. 

2021-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 25,1 faizi dəmir yolu və avtomobil, 6,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Əlaqə telefonu: 377 10 70 (22-22) 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim