AZ    EN
logo
2021-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 722,3 manat olmuşdur. 2021-ci ilin yanvar-may aylarında 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz artmışdır. 2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 104,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3752,8 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 713,2 manat olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 299,5 min olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında istehlakçılara 9,5 milyard manatlıq məhsul satılmışdır. 2021-ci il mart ayının 1-nə əhalinin sayı 10127127 nəfər olmuşdur. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Xarici ticarət əlaqələri haqqında

16.05.2021, 12:00

2021-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 89 ölkəyə məhsul ixrac olunmuş, 144 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 4506,3 milyon dollarını və ya 64,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 2530,5 milyon dollarını (36,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1975,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,9 faiz artmış, real ifadədə isə 15,1 faiz, o cümlədən idxal 24,3 faiz, ixrac 9,1 faiz azalmışdır.

2021-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə 3,7 faiz artaraq 501,5 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər biri 3,0 faiz olmaqla İsrail, Portuqaliya və Ukraynaya, 2,8 faizini Çinə, 2,1 faizini Birləşmiş Krallığa, 1,9 faizini Belarusa, 1,5 faizini Xorvatiyaya, hər biri 1,1 faiz olmaqla İsveçrə və Almaniyaya, 4,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,5 faiz), Rusiyaya (25,9 faiz), İsveçrəyə (8,9 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (3,7 faiz), Çinə (2,3 faiz), Belçikaya (1,8 faiz), Türkmənistana (1,6 faiz), Ukraynaya (1,5 faiz), Almaniyaya (1,3 faiz), İtaliyaya (1,3 faiz), İrana (1,1 faiz), Qazaxıstana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Rusiya, 15,0 faizi Türkiyə, 12,3 faizi Çin, 7,3 faizi Almaniya, 4,6 faizi ABŞ, 3,9 faizi Ukrayna, 3,8 faizi İran, 3,2 faizi İtaliya, 3,0 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Koreya və Yaponiya, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, hər biri 1,4 faiz olmaqla Fransa və Norveç, 19,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2021-ci ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 41,8 faiz, şəkər – 2,5 dəfə, bitki yağları – 37,5 faiz, meyvə və tərəvəz şirələri – 37,0 faiz, kartof – 1,6 dəfə, təbii üzüm şərabları və üzüm suslosu – 1,9 dəfə, pambıq lifi – 1,6 dəfə, polietilen – 8,8 faiz, pambıq ipliyi – 6,3 faiz, bentonit gili – 8,6 faiz artmış, təzə tərəvəz ixracı isə 37,3 faiz, çay – 18,3 faiz, meyvə və tərəvəz konservləri – 5,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 22,2 faiz, tütün – 58,5 faiz, emal olunmamış alüminium – 23,5 faiz, qara metallardan borular – 36,7 faiz azalmışdır.

2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2021-ci ilin yanvar-mart aylarında bitki yağları idxalı 47,6 faiz, buğda – 13,0 faiz, xam şəkər və şəkər – 3,9 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 5,1 faiz, kartof – 0,6 faiz, təzə tərəvəz – 2,0 dəfə, siqaretlər – 14,8 faiz, dərman vasitələri – 30,8 faiz, rezin şinlər – 10,6 faiz, mineral gübrələr – 17,8 faiz, yük avtomobilləri – 28,5 faiz, məişət kondisionerləri – 1,6 dəfə, məişət soyuducuları – 29,0 faiz artmış, təzə meyvə idxalı isə 3,4 faiz, çay – 5,2 faiz, mal əti – 23,6 faiz, quş əti və onun əlavə məhsulları – 22,8 faiz, minik avtomobilləri – 1,4 faiz, qara metallardan borular – 38,2 faiz, polad prokatı – 58,1 faiz, hesablama maşınları, blok və qurğuları – 4,0 faiz, qara metallardan çubuqlar – 57,4 faiz, mebellər – 10,9 faiz, paltaryuyan maşınlar – 8,5 faiz, polietilen – 47,4 faiz, qara metallardan künclüklər – 39,7 faiz, avtobuslar – 39,4 faiz, sement və sement klinkerləri – 39,7 faiz azalmışdır.

Əlaqə telefonu: 377 10 70 (22-60)

 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim