AZ    EN
logo
2021-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 722,3 manat olmuşdur. 2021-ci ilin yanvar-may aylarında 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz artmışdır. 2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 104,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3752,8 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 713,2 manat olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 299,5 min olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında istehlakçılara 9,5 milyard manatlıq məhsul satılmışdır. 2021-ci il mart ayının 1-nə əhalinin sayı 10127127 nəfər olmuşdur. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında

29.04.2021, 12:00

2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövri ilə müqayisədə 36,9 faiz azalaraq 299,5 min olmuşdur. Gecələmələrin 48,5 faizi Bakıda, 11,2 faizi Qusarda, 10,6 faizi Qəbələdə, 5,4 faizi Qubada, hər birində 4,7 faiz olmaqla Lənkəran və Şabranda, 3,2 faizi Naftalanda, 2,2 faizi Mingəçevirdə, 2,1 faizi Şamaxıda, 0,7 faizi Gəncədə, hər birində 0,6 faiz olmaqla Masallı və Zaqatalada, 0,5 faizi Qaxda, 5,0 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə azalaraq 53,3 min olmuşdur ki, bu da ümumi gecələmələrin 17,8 faizini təşkil edir. Gecələmələrin 13,3 faizi Türkiyə, 13,2 faizi Böyük Britaniya, 11,4 faizi Rusiya Federasiyası, 5,6 faizi Almaniya, 4,6 faizi İtaliya, 3,2 faizi ABŞ, 2,0 faizi Ukrayna, 2,0 faizi Niderland, 1,9 faizi Belarus, 1,9 faizi İsrail, 1,4 faizi Norveç, 1,2 faizi Qazaxıstan, 1,0 faizi Hindistan, 1,0 faizi Polşa, 36,3 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür. Qeyd etmək lazımdır ki, 2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayına qədər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizə əsasən qeyri-turizm məqsədi ilə səfər etmişlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,1 faizi Bakıda, 12,8 faizi Qusarda, 2,8 faizi Qəbələdə, 1,9 faizi Mingəçevirdə, 1,3 faizi Şabranda, 0,9 faizi Naftalanda, 0,6 faizi Qubada, 0,6 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 54,2 faiz artaraq 246,2 min olmuşdur.

2021-ci ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 43,1 faiz azalaraq 34,1 milyon manat olmuşdur ki, onun da 58,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,7 faizi ictimai iaşə xidmətlərindən, 2,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2021-ci ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,8 faiz səviyyəsində olmuşdur (2020-ci ilin yanvar-mart aylarında 12,2 faiz). Bu göstərici Şabranda 45,1 faiz, Beyləqanda 21,1 faiz, Qusarda 19,4 faiz, Naftalanda 16,8 faiz, Qəbələdə 14,8 faiz, Lənkəranda 14,7 faiz, Qubada 13,8 faiz, Şəmkirdə 11,0 faiz, Mingəçevirdə 10,6 faiz, Bərdədə 10,3 faiz, Şamaxıda 9,8 faiz, Bakıda 9,6 faiz, Ağcabədidə 9,0 faiz, Cəlilabadda 8,3 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.

Əlaqə telefonu: 377 10 70 (22-22) 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim