AZ    EN
logo
2021-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 722,3 manat olmuşdur. 2021-ci ilin yanvar-may aylarında 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz artmışdır. 2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 104,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3752,8 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 713,2 manat olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 299,5 min olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında istehlakçılara 9,5 milyard manatlıq məhsul satılmışdır. 2021-ci il mart ayının 1-nə əhalinin sayı 10127127 nəfər olmuşdur. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Turizmin mövcud vəziyyəti haqqında

20.04.2021, 12:00

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 128 ölkəsindən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmiş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilmişdir.                                           

Ölkəmizə gələnlərin 33,0 faizi Rusiya Federasiyası, 27,9 faizi Türkiyə, 16,2 faizi İran, 10,6 faizi Gürcüstan, 2,4 faizi Ukrayna, 1,1 faizi Böyük Britaniya, 1,0 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxıstan və Özbəkistan, 0,6 faizi Türkmənistan, hər birindən 0,5 faiz olmaqla İtaliya və Almaniya, 4,8 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 93,4 faizini kişilər, 6,6 faizini qadınlar təşkil etmişdir.                               

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan - 8,9 dəfə, Qazaxıstandan - 7,7 dəfə, Özbəkistandan - 5,2 dəfə, Rusiya Federasiyasından - 4,1 dəfə, Ukraynadan - 3,7 dəfə, Böyük Britaniyadan - 3,6 dəfə, Belarusdan - 2,1 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,6 dəfə azalmışdır. 

2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə azalaraq 19,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 45,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,5 dəfə azalaraq 4,3 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,9 faizi dəmir yolu və avtomobil, 25,8 faizi hava, 3,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                                                                            

2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 8,4 dəfə azalaraq 111,1 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 45,2 faizi Türkiyəyə, 19,7 faizi Rusiya Federasiyasına, 9,2 faizi Gürcüstana, 6,9 faizi İrana, 19,0 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 75,0 faizini kişilər, 25,0 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 41,6 dəfə, Gürcüstana gedənlərin sayı 27,3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 8,7 dəfə, Türkiyəyə  gedənlərin sayı isə 1,8 dəfə azalmışdır.

2021-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,5 faizi hava, 25,8 faizi dəmir yolu və avtomobil, 6,7 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Əlaqə telefonu: 377 10 70 (22-22) 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim