AZ    EN
logo

2021-ci ilin yanvar-mart aylarında sənaye istehsalı haqqında

16.04.2021, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-mart aylarında 11,0 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,9 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,9 faiz artmışdır.

Sənaye məhsulunun 63,7 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 6,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 12,0 faiz artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 7,3 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,8 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, maşın və avadanlıqların istehsalı 2,4 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, tütün məmulatlarının istehsalı 83,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 81,4 faiz, kağız və karton istehsalı 32,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 27,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 15,2 faiz, elektrik avadanlıqlarının istehsalı 14,1 faiz, geyim istehsalı 10,8 faiz, tikinti materiallarının istehsalı 10,0 faiz, qida məhsullarının istehsalı 6,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 0,6 faiz artmış, mebel istehsalı 6,3 faiz, hazır metal məmulatlarının istehsalı 11,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 12,5 faiz, neft məhsullarının istehsalı 13,0 faiz, içkilərin istehsalı 13,1 faiz, poliqrafiya məhsullarının istehsalı 62,3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 63,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 97,7 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,3 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,4 faiz artmışdır.

Əlaqə telefonu: 377 10 70 (22-10)   

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim