AZ    EN
logo

2021-ci ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı

16.04.2021, 12:00

2021-ci ilin yanvar-mart aylarında ölkədə 18 921,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,1 faiz artmışdır.

ÜDM istehsalının 40,5 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti,  3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 1891,1 manata bərabər olmuşdur.

Əlaqə telefonu: 377 10 70 (22-15) 

 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim