Pərakəndə ticarət dövriyyəsi haqqında

15.03.2021, 12:00

2021-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6,0 milyard manatlıq, o cümlədən 3,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,8 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,9 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,0 faiz artmışdır.

 Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla

2020-ci ilin yanvar-fevral aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi 6 027,9 98,7
o cümlədən:
ərzaq məhsulları 2 824,1 102,2
içkilər və tütün məmulatları 380,9 100,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar 997,5 92,9
elektrik malları və mebellər 316,3 88,7
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 43,2 102,0
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 138,4 150,8
avtomobil benzini və dizel yanacağı 322,6 88,1
digər qeyri-ərzaq malları 1 004,9 96,4

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 6,3 faizi içkilər və tütün məmulatlarının, 16,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

2021-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 26,6 faizi ticarət müəssisələri, 49,9 faizi fərdi sahibkarlar tərəfindən, 23,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,3 faiz, fərdi sahibkarlar üzrə 1,6 faiz artmış, bazar və yarmarkalarda isə 15,8 faiz azalmışdır.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 302,1 manatlıq, o cümlədən 160,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları almışdır.  

Əlaqə telefonu:  377 10 70 (22-60)