AZ    EN
logo
2021-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 722,3 manat olmuşdur. 2021-ci ilin yanvar-may aylarında 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz artmışdır. 2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 104,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3752,8 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 713,2 manat olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 299,5 min olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında istehlakçılara 9,5 milyard manatlıq məhsul satılmışdır. 2021-ci il mart ayının 1-nə əhalinin sayı 10127127 nəfər olmuşdur. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR

05.03.2021, 12:00

2021-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil etmiş, ötən ildə doğulmuş 126,6 min körpədən 46,7 faizi qız uşaqlarının payına düşmüşdür.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,0 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,9 faizi qızlardır.

Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 10-u qadındır.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,0 faiz, sahibkarlar arasında isə 21,3 faizdir.

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,3 faizə çatmışdır.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2020-ci ildə 7,5 faizədək artmışdır.

Qadınların reproduktiv sağlamlığının qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Hazırda ölkədə 17 doğum evi, 130-dan çox qadın məsləhətxanası qadınların reproduktiv sağlamlığının keşiyində durur.

Əlaqə telefonu: 377-10-70(daxili: 22-11)

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim