AZ    EN
logo
2021-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 722,3 manat olmuşdur. 2021-ci ilin yanvar-may aylarında 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz artmışdır. 2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 104,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3752,8 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 713,2 manat olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 299,5 min olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında istehlakçılara 9,5 milyard manatlıq məhsul satılmışdır. 2021-ci il mart ayının 1-nə əhalinin sayı 10127127 nəfər olmuşdur. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Xarici ticarət əlaqələri haqqında

12.02.2021, 12:00

2020-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 111 ölkəyə məhsul ixrac olunmuş, 174 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24201,1 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 13470,4 milyon dollarını və ya 55,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 10730,7 milyon dollarını (44,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2739,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 26,8 faiz, real ifadədə 21,9 faiz, o cümlədən idxal 36,0 faiz, ixrac isə 12,0 faiz azalmışdır.

2020-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 5,3 faiz, real ifadədə isə 16,0 faiz azalaraq 1851,3 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 30,4 faizini İtaliyaya, 18,9 faizini Türkiyəyə, 5,2 faizini Rusiyaya, 3,8 faizini Yunanıstana, hər biri 3,4 faiz olmaqla Xorvatiya və Gürcüstana, 3,3 faizini Hindistana, 3,2 faizini İsrailə, 3,1 faizini Çinə, 2,6 faizini Ukraynaya, 2,4 faizini İspaniyaya, 2,3 faizini Tunisə, hər biri 1,7 faiz olmaqla Portuqaliya, Almaniya və Çexiyaya, 1,6 faizini İsveçrəyə, 11,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,3 faiz), Türkiyəyə (20,4 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6,9 faiz), Çinə (2,4 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (2,1 faiz), İrana (1,5 faiz), Qazaxıstana (1,4 faiz), ABŞ-a (1,3 faiz), Özbəkistana (1,1 faiz), Almaniyaya (1,0 faiz), Türkmənistana (1,0 faiz), Belarusa (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 14,6 faizi Türkiyə, 13,2 faizi Çin, 5,9 faizi ABŞ, 5,4 faizi Almaniya, 4,2 faizi Fransa, 3,9 faizi Ukrayna, 3,7 faizi İtaliya, hər biri 2,8 faiz olmaqla İran və Birləşmiş Krallıq, 1,8 faizi Yaponiya, 1,7 faizi Koreya, 1,4 faizi Belarus, 20,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

 2020-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən kartof ixracı 31,7 faiz, meyvə və tərəvəz şirələri – 20,1 faiz, bitki yağları – 1,7 dəfə, meyvə və tərəvəz konservləri – 3,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 16,4 faiz, pambıq lifi – 13,2 faiz, polietilen – 27,6 faiz, qara metallardan borular – 2,0 dəfə artmış, təzə meyvə ixracı isə 10,5 faiz, təzə tərəvəz – 1,2 faiz, şəkər – 2,3 faiz, tütün – 26,1 faiz, çay – 9,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 57,3 faiz, emal olunmamış alüminium – 18,1 faiz, pambıq ipliyi – 29,4 faiz, bentonit gili – 7,1 faiz, qara metallardan yarımfabrikatlar – 36,1 faiz azalmışdır.

2019-cu illə müqayisədə 2020-ci ildə təzə meyvə idxalı 11,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,8 faiz, mal əti – 10,9 faiz, təzə tərəvəz – 1,8 dəfə, minik avtomobilləri – 15,1 faiz, dərman vasitələri – 38,5 faiz, hesablama maşınları, blok və qurğuları – 23,1 faiz,  qara metallardan çubuqlar – 36,6 faiz, mineral gübrələr – 4,5 faiz artmış, buğda idxalı isə 13,9 faiz, bitki yağları – 1,3 faiz, xam şəkər və şəkər – 14,5 faiz, çay – 0,8 faiz,  kartof – 5,4 faiz, quş əti və onun əlavə məhsulları – 21,0 faiz, siqaretlər – 71,1 faiz, qara metallardan borular – 22,6 faiz, polad prokatı – 13,6 faiz, rezin şinlər – 17,7 faiz, yük avtomobilləri – 4,1 faiz, mebellər – 24,9 faiz, polietilen – 25,0 faiz, paltaryuyan maşınlar – 7,4 faiz, məişət kondisionerləri – 33,4 faiz, avtobuslar – 52,7 faiz, qara metallardan künclüklər – 14,5 faiz, məişət soyuducuları – 12,0 faiz, sement və sement klinkerləri – 32,6 faiz azalmışdır.

Əlaqə telefonu: 377 10 70 (22-93)

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim