AZ    EN
logo
2021-ci ilin yanvar ayında əsas kapitala 724,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24201,1 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz azalmışdır. 2020-ci ildə mehmanxanaların gəlirləri 116,8 milyon manat olmuşdur 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 108 ölkəyə məhsul ixrac olunmuş, 175 ölkədən idxal olunmuşdur. 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 703,5 manat olmuşdur. 2020-ci ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında

27.01.2021, 12:00

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, 2020-ci ilin mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül davam etmişdir. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınmış, 2020-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 3,3 dəfə azalaraq 999,8 min olmuşdur.

2020-ci ildə mehmanxanalarda keçirilmiş gecələmələrin 58,0 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,5 faizi Qusarda, 4,1 faizi Qubada, 3,2 faizi Lənkəranda, 3,1 faizi Naftalanda,  2,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,9 faizi Şabranda, 1,2 faizi Mingəçevirdə, hər birində 0,9 faiz olmaqla Gəncə, Xaçmaz, Qax və Şamaxıda, hər birində 0,7 faiz olmaqla Masallı və Zaqatalada, 5,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 5,4 dəfə azalaraq 416,7 min olmuşdur ki, bu da ümumi gecələmələrin 41,7 faizini təşkil edir. Gecələmələrin 14,4 faizi Rusiya Federasiyası,   9,2 faizi Səudiyyə Ərəbistanı, 9,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,7 faizi Türkiyə, 6,5 faizi Böyük Britaniya, 5,6 faizi Hindistan, 4,1 faizi Küveyt, 3,5 faizi İsrail, 2,8 faizi İran, 2,3 faizi ABŞ, 2,0 faizi İtaliya, 1,9 faizi Almaniya, 1,7 faizi Qətər, 1,4 faizi İraq,1,4 faizi Qazaxıstan, 1,3 faizi Pakistan, 1,3 faizi Ukrayna, 1,1 faizi Belarus, 0,9 faizi Gürcüstan, 20,7 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür. Qeyd etmək lazımdır ki, 2020-ci ilin aprel-dekabr aylarında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizə əsasən qeyri-turizm məqsədi ilə səfər etmişlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78,0 faizi Bakıda, 6,1 faizi Qusarda, 4,8 faizi Qəbələdə, 3,7 faizi Naftalanda, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 2,1 faizi Qubada, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 1,9 dəfə azalaraq 583,1 min olmuşdur.

2020-ci ildə mehmanxanaların gəlirləri 2019-cu illə müqayisədə 3,9 dəfə azalaraq 116,8 milyon manat olmuşdur ki, onun da 60,2 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 29,0 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2020-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 6,5 faiz səviyyəsində olmuşdur (2019-cu ildə 22,1 faiz). Bu göstərici Beyləqanda 23,0 faiz, Şabranda 15,5 faiz, Naftalanda 13,7 faiz, Qəbələdə 11,2 faiz, Bakıda 9,6 faiz, Göyçayda 9,6 faiz, Şəmkirdə 9,1 faiz, Qubada 8,8 faiz, Biləsuvarda 8,5 faiz, Lənkəranda 8,3 faiz, Qusarda 7,9 faiz, Sabirabadda 7,3 faiz, Kürdəmirdə 7,0 faiz, Şirvanda 6,7 faiz, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.

Əlaqə telefonu: 377 10 70 (22-22) 

 

 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim