AZ    EN
logo
2021-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 722,3 manat olmuşdur. 2021-ci ilin yanvar-may aylarında 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz artmışdır. 2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 104,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3752,8 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 713,2 manat olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 299,5 min olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında istehlakçılara 9,5 milyard manatlıq məhsul satılmışdır. 2021-ci il mart ayının 1-nə əhalinin sayı 10127127 nəfər olmuşdur. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Turizmin mövcud vəziyyəti haqqında

18.12.2020, 12:00

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül digər ölkələrdə olduğu kimi, Azərbaycanda da müşahidə olunmaqda davam edir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 756,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-noyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilmişdir.

2020-ci ilin yanvar-noyabr aylarında ölkəmizə gələnlərin 28,2 faizi Rusiya Federasiyası, 23,7 faizi Gürcüstan, 19,5 faizi Türkiyə, 8,9 faizi İran, 2,1 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,6 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, hər birindən 1,0 faiz olmaqla Pakistan və Türkmənistan, hər birindən 0,9 faiz olmaqla Küveyt və Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, hər birindən 0,5 faiz olmaqla Almaniya və İsrail, 5,0 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 80,3 faizini kişilər, 19,7 faizini qadınlar təşkil etmişdir.

Cari ilin yanvar-noyabr aylarında Çindən gələnlərin sayı 16,4 dəfə, Cənubi Koreyadan - 13,6 dəfə, İsraildən - 10,7 dəfə, Yaponiyadan - 10,0 dəfə, Polşadan - 9,9 dəfə, İraqdan - 9,2 dəfə, Səudiyyə Ərəbistanından - 8,6 dəfə, Macarıstandan - 8,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən ­­ - 7,2 dəfə,  Omandan və Kanadadan - 7,1 dəfə, ABŞ-dan­ - 7,0 dəfə, Türkmənistandan - 6,1 dəfə, Fransadan - 6,0 dəfə, Almaniyadan və Qətərdən - 5,7 dəfə, Niderlanddan ­və Qazaxıstandan - 5,3 dəfə, Böyük Britaniyadan - 5,2 dəfə, İtaliyadan - 4,3 dəfə azalmışdır.   

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 22,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,8 dəfə azalaraq 105,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,1 dəfə azalaraq 259,3 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi dəmir yolu və avtomobil, 27,9 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,5 dəfə azalaraq 1135,0 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 29,7 faizi İrana, 26,8 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 15,7 faizi Türkiyəyə, 8,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 70,2 faizini kişilər, 29,8 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,5 dəfə, Gürcüstana gedənlərin sayı 4,8 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 4,2 dəfə, Türkiyəyə  gedənlərin sayı isə 3,3 dəfə azalmışdır.

2020-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 74,3 faizi dəmir yolu və avtomobil, 22,9 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Əlaqə telefonu: 377 10 70 (22-22) 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim