AZ    EN
logo
2021-ci ilin yanvar ayında əsas kapitala 724,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24201,1 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz azalmışdır. 2020-ci ildə mehmanxanaların gəlirləri 116,8 milyon manat olmuşdur 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 108 ölkəyə məhsul ixrac olunmuş, 175 ölkədən idxal olunmuşdur. 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 703,5 manat olmuşdur. 2020-ci ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

2020-ci ilin yanvar-noyabr aylarında sənaye istehsalı haqqında

11.12.2020, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,4 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,4 faiz artmışdır.

Sənaye məhsulunun 60,7 faizi mədənçıxarma sektorunda, 33,2 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,8 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 6,4 faiz artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,4 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 86,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 51,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 47,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 42,1 faiz, geyim istehsalı 41,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,2 faiz, kağız və karton istehsalı 37,7 faiz, tütün məmulatlarının istehsalı 27,1 faiz, tikinti materiallarının istehsalı 24,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 21,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 19,5 faiz, elektrik avadanlıqlarının istehsalı 17,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 9,6 faiz, maşın və avadanlıqların istehsalı 8,0 faiz, hazır metal məmulatlarının istehsalı 4,2 faiz artmış, qida məhsullarının istehsalı 1,0 faiz, neft məhsullarının istehsalı 1,8 faiz, poliqrafiya məhsullarının istehsalı 3,2 faiz, içkilərin istehsalı 10,3 faiz, mebel istehsalı 25,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,0 faiz azalmışdır. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,0 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,9 faiz azalmışdır.

Əlaqə telefonu: 377 10 70 (22-10) 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim