Əsas kapitala yönəldilmiş vəsait haqqında

11.12.2020, 12:00

2020-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 12716,6 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 11,0 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 8374,4 milyon manatı və ya 65,9 faizi məhsul istehsalı sahələrinə, 3185,0 milyon manatı (25,0 faizi) xidmət sahələrinə, 1157,2 milyon manatı (9,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8130,5 milyon manatını və ya 63,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7958,2 milyon manatı və ya 62,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 57,9 faiz, büdcə vəsaitləri 24,2 faiz, bank kreditləri 6,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, sair vəsaitlər 3,3 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,6 faiz təşkil etmişdir.

2020-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, modul tipli hospital, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı, “Böyükşor” və “Əhmədli” elektrik yarımstansiyaları, S.Bəhlulzadə adına Mədəniyyət Evi, ADA Universitetinin iki yeni korpusu, 260 çarpayılıq 3 xəstəxana binası, 1925 şagird yerlik ümumi təhsil müəssisəsi, Naxçıvan Muxtar Respublikasında ümumi təhsil müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, 3 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, modul tipli xəstəxana, Kimya Sənaye Parkının nəzdində Peşə Təhsili Mərkəzi, Gəncə şəhərində tikinti materialları istehsalı zavodu, Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Mingəçevir şəhərində Dövlət Rəmzləri Muzeyi, Şəki şəhərində modul tipli xəstəxana, 200 çarpayılıq xəstəxana binası, Abşeron rayonunda modul tipli xəstəxana, Ağcabədi rayonunda “Asan Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu, Ağstafa rayonunda “Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Kompleksi, Balakən rayonunda regional “Asan xidmət” mərkəzi, Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası, “Azərişıq” ASC-nin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, Füzuli rayonunda 70 çarpayılıq xəstəxana, Goranboy rayonunda “Azərxalça” ASC-nin filialı, İsmayıllı rayonunda modul tipli xəstəxana, Kürdəmir rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça” ASC-nin filialı, Qazax rayonunda əhəng zavodu, “Azərxalça” ASC-nin filialı, Qəbələ rayonunda modul tipli xəstəxana, Qobustan rayonunda modul tipli xəstəxana, Tərtər rayonunda Olimpiya İdman Kompleksi, Dövlət Rəmzləri Muzeyi, “Azərxalça” ASC-nin filialı, Tovuz rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça” ASC-nin filialı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir. 

Əlaqə telefonu: 377 10 70 (22-10)