AZ    EN
logo

2020-ci ilin yanvar-noyabr aylarında Ümumi Daxili Məhsul istehsalı

11.12.2020, 12:00

2020-ci ilin yanvar-noyabr aylarında ölkədə 64709,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,9 faiz, neft-qaz sektorunda isə 6,5 faiz azalmışdır.

ÜDM istehsalının 34,0 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 6485,7 manata bərabər olmuşdur.

Əlaqə telefonu: 377 10 70 (22-15) 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim