AZ    EN
logo
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. 2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58469,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-sentyabr aylarında dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirilmişdir 2020-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1681,6 min nəfər olmuşdur 2020-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 11540,2 milyon manat məbləğində vəsait yönəldilmişdir 2020-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31663,2 milyon manatlıq malı satılmışdır. 2020-ci ilin yanvar-oktyabr aylarında 30,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Turizmin mövcud vəziyyəti haqqında

19.11.2020, 12:00

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olmuşdur. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.                                                                                                                

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-oktyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilmişdir.

2020-ci ilin yanvar-oktyabr aylarında ölkəmizə gələnlərin 28,0 faizi Rusiya Federasiyası, 24,3 faizi Gürcüstan, 18,9 faizi Türkiyə, 8,6 faizi İran, 2,1 faizi Ukrayna, 1,8 faizi Hindistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,1 faiz olmaqla Pakistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, 1,0 faizi Küveyt, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, 0,6 faizi İsrail, 5,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 79,6 faizini kişilər, 20,4 faizini qadınlar təşkil etmişdir.

Cari ilin yanvar-oktyabr aylarında Çindən gələnlərin sayı 15,8 dəfə, Cənubi Koreyadan – 13,4 dəfə, İsraildən – 10,4 dəfə, Polşadan – 9,8 dəfə, Yaponiyadan – 9,5 dəfə, İraqdan – 8,9 dəfə, Səudiyyə Ərəbistanından – 8,3 dəfə, Macarıstandan – 8,0 dəfə, Kanadadan – 6,9 dəfə, ABŞ-dan­ – 6,8 dəfə, Omandan və Birləşmiş Ərəb Əmirliklərindən ­­ – 6,7 dəfə,  Fransadan – 5,9 dəfə, Türkmənistandan – 5,8 dəfə, Almaniyadan – 5,6 dəfə, Qətərdən – 5,5 dəfə, Niderlanddan ­– 5,2 dəfə, Böyük Britaniyadan, Pakistandan və Qazaxıstandan – 5,0 dəfə, İtaliyadan – 4,4 dəfə azalmışdır.   

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,7 dəfə azalaraq 21,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,7 dəfə azalaraq 100,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,0 dəfə azalaraq 245,7 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,3 faizi dəmir yolu və avtomobil, 28,3 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                                                                             

2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,2 dəfə azalaraq 1106,7 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 30,3 faizi İrana, 27,2 faizi Gürcüstana, 19,2 faizi Rusiya Federasiyasına, 14,6 faizi Türkiyəyə, 8,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 70,1 faizini kişilər, 29,9 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,1 dəfə, Gürcüstana gedənlərin sayı 4,5 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 3,8 dəfə, Türkiyəyə  gedənlərin sayı isə 3,3 dəfə azalmışdır.

2020-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 75,3 faizi dəmir yolu və avtomobil, 22,1 faizi hava, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Əlaqə telefonu: 377 10 70 (22-22)   

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim