AZ    EN
logo
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. 2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58469,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-sentyabr aylarında dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirilmişdir 2020-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1681,6 min nəfər olmuşdur 2020-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 11540,2 milyon manat məbləğində vəsait yönəldilmişdir 2020-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31663,2 milyon manatlıq malı satılmışdır. 2020-ci ilin yanvar-oktyabr aylarında 30,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Xarici ticarət əlaqələri haqqında

13.11.2020, 12:00

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 107 ölkəyə məhsul ixrac olunmuş, 167 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 17830,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 10006,8 milyon dollarını və ya 56,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 7823,5 milyon dollarını (43,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2183,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28,2 faiz, real ifadədə 22,0 faiz, o cümlədən idxal 38,7 faiz, ixrac isə 10,0 faiz azalmışdır.

2020-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 9,2 faiz, real ifadədə isə 18,2 faiz azalaraq 1282,4 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,5 faizini İtaliyaya, 19,9 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Yunanıstana, 4,0 faizini Çinə, 3,9 faizini Hindistana, 3,6 faizini İsrailə, hər biri 3,5 faiz olmaqla Xorvatiya və Gürcüstana, 2,7 faizini Ukraynaya, 2,6 faizini İspaniyaya, 2,0 faizini Almaniyaya, 1,8 faizini Çexiyaya, hər biri 1,6 faiz olmaqla Tunis və İsveçrəyə, 11,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,9 faiz), Türkiyəyə (19,6 faiz), İsveçrəyə (12,9 faiz), Gürcüstana (7,8 faiz), Çinə (2,6 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (1,8 faiz), İrana (1,6 faiz), Qazaxıstana (1,5 faiz), Belarusa (1,0 faiz), ABŞ-a (0,9 faiz), Türkmənistana (0,9 faiz),  Almaniyaya (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiya, 14,4 faizi Türkiyə, 13,0 faizi Çin, 6,7 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,2 faizi Fransa, 4,0 faizi Ukrayna, 3,9 faizi İtaliya, 2,8 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 1,9 faizi Yaponiya, 1,7 faizi Koreya, 21,0 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2020-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 5,7 faiz, kartof – 31,8 faiz, meyvə və tərəvəz şirələri – 13,8 faiz, bitki yağları – 48,4 faiz, meyvə və tərəvəz konservləri – 6,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 19,0 faiz, pambıq lifi – 2,5 faiz, polietilen – 23,9 faiz, qara metallardan borular – 1,9 dəfə, bentonit gili – 1,3 faiz artmış, təzə meyvə ixracı isə 13,3 faiz, şəkər – 45,2 faiz, tütün – 27,7 faiz, çay – 7,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 58,5 faiz, emal olunmamış alüminium – 23,8 faiz, pambıq ipliyi – 37,4 faiz, qara metallardan yarımfabrikatlar – 66,7 faiz azalmışdır.

2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2020-ci ilin yanvar-sentyabr aylarında təzə meyvə idxalı 14,7 faiz, xam şəkər və şəkər – 2,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 29,2 faiz, çay – 4,5 faiz, mal əti – 18,8 faiz, təzə tərəvəz – 32,3 faiz, minik avtomobilləri – 29,5 faiz, dərman vasitələri – 53,4 faiz, hesablama maşınları, blok və qurğuları – 26,3 faiz, qara metallardan çubuqlar – 1,8 dəfə artmış, buğda idxalı isə 13,0 faiz, bitki yağları – 0,2 faiz, kartof – 4,6 faiz, quş əti və onun əlavə məhsulları – 16,5 faiz, siqaretlər – 77,2 faiz, qara metallardan borular – 16,1 faiz, polad prokatı – 6,6 faiz, mineral gübrələr – 6,2 faiz, rezin şinlər – 19,1 faiz, mebellər – 25,2 faiz, yük avtomobilləri – 8,5 faiz, məişət kondisionerləri – 31,5 faiz, polietilen – 26,0 faiz, paltaryuyan maşınlar – 5,5 faiz, qara metallardan künclüklər – 9,9 faiz, avtobuslar – 65,2 faiz, məişət soyuducuları – 0,2 faiz, sement və sement klinkerləri – 29,7 faiz azalmışdır.

Əlaqə telefonu:  377 10 70 (22-93)     

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim