AZ    EN
logo
2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 52074,0 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 28054,9 milyon manatlıq mal satılmışdır. 2020-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 15667,8 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 3,8 faiz az vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında 4,5 faiz az sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-avqust aylarında orta aylıq nominal əməkhaqqı 710,2 manat olmuşdur. 2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı biçilərək məhsulu yığılmışdır. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 720,0 manat olmuşdur 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

2020-ci ilin yanvar-sentyabr aylarında Ümumi Daxili Məhsul istehsalı

16.10.2020, 11:10

2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 52074,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz, neft-qaz sektorunda isə 6,4 faiz azalmışdır.

ÜDM istehsalının 34,7 faizi sənaye, 11,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 5222,5 manata bərabər olmuşdur.

Əlaqə telefonu: 377 10 70 (22-15) 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim