AZ    EN
logo
2020-ci ilin yanvar-avqust aylarında ölkədə 3,0 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-avqust aylarında əsas kapitala 8682,4 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-avqust aylarında 24,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-iyul aylarında orta aylıq nominal əməkhaqqı 715,4 manat olmuşdur. 2020-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 13777,6 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı biçilərək məhsulu yığılmışdır. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 720,0 manat olmuşdur 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

2020-ci ilin yanvar-avqust aylarında Ümumi Daxili Məhsul istehsalı

15.09.2020, 12:00

2020-ci ilin yanvar-avqust aylarında ölkədə 45962,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,0 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz, neft-qaz sektorunda isə 4,9 faiz azalmışdır.

ÜDM istehsalının 35,2 faizi sənaye, 11,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,1 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 4611,7 manata bərabər olmuşdur.

Əlaqə telefonu: 377 10 70 (22-15) 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim