AZ    EN
logo
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. 2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58469,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-sentyabr aylarında dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirilmişdir 2020-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1681,6 min nəfər olmuşdur 2020-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 11540,2 milyon manat məbləğində vəsait yönəldilmişdir 2020-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31663,2 milyon manatlıq malı satılmışdır. 2020-ci ilin yanvar-oktyabr aylarında 30,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

2020-ci ilin yanvar-avqust aylarında sənaye istehsalı haqqında

14.09.2020, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-avqust aylarında 24,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4,9 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13,6 faiz artmışdır.

Sənaye məhsulunun 60,7 faizi mədənçıxarma sektorunda, 33,1 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 12,2 faiz artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,5 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 63,0 faiz, maşın və avadanlıqların istehsalı 50,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 39,5 faiz, tütün məmulatlarının istehsalı 38,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 36,8 faiz, geyim istehsalı 32,0 faiz, kağız və karton istehsalı 30,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,4 faiz, poliqrafiya məhsullarının istehsalı 11,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 4,7 faiz, elektrik avadanlıqlarının istehsalı 3,4 faiz, neft məhsullarının istehsalı 2,2 faiz artmış, qida məhsullarının istehsalı 0,8 faiz, tikinti materiallarının istehsalı 1,8 faiz, hazır metal məmulatlarının istehsalı 3,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,3 faiz, içkilərin istehsalı 9,0 faiz, mebel istehsalı 19,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,6 faiz azalmışdır. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 9,7 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,7 faiz azalmışdır.   

Əlaqə telefonu: 377 10 70 (22-10) 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim