AZ    EN
logo
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. 2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58469,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-sentyabr aylarında dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirilmişdir 2020-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1681,6 min nəfər olmuşdur 2020-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 11540,2 milyon manat məbləğində vəsait yönəldilmişdir 2020-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31663,2 milyon manatlıq malı satılmışdır. 2020-ci ilin yanvar-oktyabr aylarında 30,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Xarici ticarət əlaqələri haqqında

11.09.2020, 12:00

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 102 ölkəyə məhsul ixrac olunmuş, 160 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 13777,6 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 7876,8 milyon dollarını və ya 57,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 5900,8 milyon dollarını (42,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1976,0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, real ifadədə 22,5 faiz, o cümlədən idxal 43,4 faiz, ixrac isə 7,1 faiz azalmışdır.

2020-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,6 faiz, real ifadədə isə 17,1 faiz azalaraq 1035,1 milyon dollar təşkil etmişdir.                                                                                                              

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 32,1 faizini İtaliyaya, 18,7 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Çinə, 4,0 faizini Hindistana, 3,9 faizini İsrailə, 3,7 faizini Xorvatiyaya, 3,4 faizini Yunanıstana, 3,1 faizini Gürcüstana, 3,0 faizini Ukraynaya, 2,5 faizini İspaniyaya, 2,1 faizini Çexiyaya, 1,9 faizini Tunisə, 1,5 faizini Vyetnama, 11,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (40,4 faiz), Türkiyəyə (19,8 faiz), İsveçrəyə (10,4 faiz), Gürcüstana (8,1 faiz), Çinə (3,1 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2,0 faiz), Qazaxıstana (1,6 faiz), İrana (1,2 faiz), Türkmənistana (1,0 faiz), Belarusa (0,9 faiz), ABŞ-a (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiya, 14,7 faizi Türkiyə, 13,2 faizi Çin, 7,9 faizi ABŞ, 5,1 faizi Almaniya, hər biri 4,2 faiz olmaqla İtaliya və Ukrayna, 3,0 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 1,9 faizi Yaponiya, hər biri 1,8 faiz olmaqla Koreya və Fransa, 21,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2020-ci ilin yanvar-iyul aylarında 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 6,0 faiz, kartof – 32,1 faiz, meyvə və tərəvəz şirələri – 9,9 faiz, bitki yağları – 1,7 dəfə, meyvə və tərəvəz konservləri – 5,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 41,9 faiz, polietilen – 41,9 faiz, qara metallardan borular – 1,8 dəfə, bentonit gili – 11,0 faiz artmış, təzə meyvə ixracı isə 18,5 faiz, şəkər – 40,0 faiz, tütün – 25,8 faiz, çay – 1,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 57,4 faiz, pambıq lifi – 10,0 faiz, pambıq ipliyi – 28,2 faiz, emal olunmamış alüminium – 12,6 faiz,  qara metallardan yarımfabrikatlar – 85,4 faiz azalmışdır.

 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyul aylarında təzə meyvə idxalı 14,5 faiz, bitki yağları – 3,9 faiz, xam şəkər və şəkər – 4,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 37,7 faiz, çay – 13,9 faiz, mal əti – 18,8 faiz, təzə tərəvəz – 27,5 faiz, minik avtomobilləri – 25,0 faiz, dərman vasitələri – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 22,8 faiz, qara metallardan çubuqlar – 1,7 dəfə, məişət soyuducuları – 11,0 faiz artmış, buğda idxalı isə 33,5 faiz, kartof – 0,8 faiz, quş əti və onun əlavə məhsulları – 4,7 faiz, siqaretlər – 79,4 faiz, qara metallardan borular – 7,3 faiz, polad prokatı – 3,4 faiz, mineral gübrələr – 4,3 faiz, rezin şinlər – 20,5 faiz, məişət kondisionerləri – 30,6 faiz, mebellər – 20,5 faiz, yük avtomobilləri – 16,9 faiz, polietilen – 19,6 faiz, paltaryuyan maşınlar – 9,0 faiz, qara metallardan künclüklər – 13,0 faiz, avtobuslar – 27,3 faiz, sement və sement klinkerləri – 24,9 faiz azalmışdır.

Əlaqə telefonu:  377 10 70 (22-93)                     

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim