AZ    EN
logo
2020-ci ilin yanvar-avqust aylarında ölkədə 3,0 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-avqust aylarında əsas kapitala 8682,4 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-avqust aylarında 24,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-iyul aylarında orta aylıq nominal əməkhaqqı 715,4 manat olmuşdur. 2020-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 13777,6 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı biçilərək məhsulu yığılmışdır. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 720,0 manat olmuşdur 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

2020-ci ilin yanvar-iyun aylarında təbii qazın paylanması haqqında

20.08.2020, 12:00

Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2020-ci ilin yanvar-iyun  aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 16208,0 milyon kub metr təşkil etmişdir. Ehtiyatların 85,0 faizi hasilatın, 15,0 faizi qalığın hesabına formalaşmışdır. Təbii qazın 39,6 faizi istehlak, 41,1 faizi ixrac olunmuş, 3,2 faizi itkiyə getmiş, 16,1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalmışdır.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 65,6 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 34,4 faizi isə əhaliyə satılmışdır.

2020-ci ilin yanvar-iyun aylarında 6656,2 milyon kub metr və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,0 faiz çox təbii qaz ixrac edilmişdir.

Əhali tərəfindən 2212,7 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz çox təbii qaz istehlak edilmiş, onun 37,0 faizi Bakı şəhərinin, 3,0 faizi Naxçıvan Muxtar Respublikasının, 16,5 faizi Aran, 12,2 faizi Gəncə-Qazax, 10,6 faizi Abşeron, 6,2 faizi Lənkəran, 5,2 faizi Şəki-Zaqatala, 4,7 faizi Quba-Xaçmaz, 2,6 faizi Dağlıq Şirvan, 2,0 faizi isə Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşmüşdür.

Əlaqə telefonu: 538-63-03

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim