AZ    EN
logo
2020-ci ilin yanvar-avqust aylarında ölkədə 3,0 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-avqust aylarında əsas kapitala 8682,4 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-avqust aylarında 24,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-iyul aylarında orta aylıq nominal əməkhaqqı 715,4 manat olmuşdur. 2020-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 13777,6 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı biçilərək məhsulu yığılmışdır. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 720,0 manat olmuşdur 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

2020-ci ilin yanvar-iyul aylarında sənaye istehsalı haqqında

13.08.2020, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-iyul aylarında 21,6 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4,3 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13,0 faiz artmışdır.

Sənaye məhsulunun 61,0 faizi mədənçıxarma sektorunda, 32,7 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 13,3 faiz artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 7,8 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 92,5 faiz, maşın və avadanlıqların istehsalı 64,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 42,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 57,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 41,0 faiz, tütün məmulatlarının istehsalı 27,6 faiz, kağız və karton istehsalı 24,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,8 faiz, geyim istehsalı 15,8 faiz, elektrik avadanlıqlarının istehsalı 5,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 0,4 faiz artmış, hazır metal məmulatlarının istehsalı 0,5 faiz, neft məhsullarının istehsalı 0,9 faiz, qida məhsullarının istehsalı 1,5 faiz, tikinti materiallarının istehsalı 4,8 faiz, poliqrafiya məhsullarının istehsalı 5,9 faiz, içkilərin istehsalı 7,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 13,2 faiz, mebel istehsalı 13,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,1 faiz azalmışdır. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 11,8 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,5 faiz azalmışdır.   

Telefon: 539-87-17

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim