AZ    EN
logo
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. 2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58469,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-sentyabr aylarında dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirilmişdir 2020-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1681,6 min nəfər olmuşdur 2020-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 11540,2 milyon manat məbləğində vəsait yönəldilmişdir 2020-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31663,2 milyon manatlıq malı satılmışdır. 2020-ci ilin yanvar-oktyabr aylarında 30,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə

12.08.2020, 12:00

2020-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 81,4 min nəfər və ya 5,0 faiz artaraq 1695,1 min nəfər olmuş, onlardan 922,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,5 faizi təhsil, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,2 faizi tikinti, 8,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,0 faiz artaraq 720,0 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Əlaqə telefonu: 538-61-21

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim