AZ    EN
logo
2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı biçilərək məhsulu yığılmışdır. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,4 milyard manatlıq məhsul satılmışdır 2020-ci ilin yanvar-iyul aylarında 21,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir 2020-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7588,3 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 720,0 manat olmuşdur 2020-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 9852,5 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-iyun aylarında ölkədə 2,7 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. 2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Əsas kapitala yönəldilmiş vəsait haqqında

16.07.2020, 12:00

2020-ci ilin yanvar-iyun aylarında əsas kapitala 5956,2 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 17,5 faiz artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,5 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 3977,8 milyon manatı və ya 66,8 faizi məhsul istehsalı sahələrinə, 1352,3 milyon manatı (22,7 faizi) xidmət sahələrinə, 626,1 milyon manatı (10,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3501,8 milyon manatını və ya 58,8 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3577,3 milyon manatı və ya 60,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

        Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,6 faiz, büdcə vəsaitləri 22,2 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, bank kreditləri 5,4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,4 faiz, sair vəsaitlər isə 2,2 faiz təşkil etmişdir.

        2020-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, “Əhmədli” elektrik yarımstansiyası,  Naxçıvan Muxtar Respublikasında 2 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, modul tipli xəstəxana, Gəncə şəhərində tikinti materialları istehsalı zavodu, Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Mingəçevir şəhərində Dövlət Rəmzləri Muzeyi, Şəki şəhərində 200 çarpayılıq xəstəxana binası, Abşeron rayonunda modul tipli xəstəxana, Ağcabədi rayonunda “Asan Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu, Ağstafa rayonunda “Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Kompleksi, Goranboy rayonunda “Azərxalça” ASC-nin filialı, Kürdəmir rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça” ASC-nin filialı, Qazax rayonunda əhəng zavodu, “Azərxalça” ASC-nin filialı, Tərtər rayonunda Olimpiya İdman Kompleksi, Dövlət Rəmzləri Muzeyi, “Azərxalça” ASC-nin filialı, Tovuz rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça” ASC-nin filialı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir. 

Telefon: 539-87-17

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim