AZ    EN
logo
2020-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 8180,5 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. 2020-ci ilin yanvar-may aylarında ölkədə 1,7 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-may aylarında əsas kapitala 4907,6 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-may aylarında 0,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 736,2 manat olmuşdur. 2020-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 519,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Turizmin mövcud vəziyyəti haqqında

19.05.2020, 12:00

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 539,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Koronavirus pandemiyasının yayılması ilə əlaqədar cari ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında kəskin azalma müşahidə olunmuş, onların sayı əvvəlki ayla müqayisədə 4,7 dəfə, ötən ilin aprel ayı ilə müqayisədə isə 12,1 dəfə azalmışdır.

Cari ilin yanvar-aprel aylarında gələnlərin 30,4 faizi Rusiya Federasiyası, 27,9 faizi Gürcüstan, 12,3 faizi Türkiyə, 6,1 faizi İran, 2,3 faizi Hindistan, 2,2 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Ukrayna,1,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi  Pakistan, hər birindən 1,3 faiz olmaqla Küveyt və Qazaxıstan, 1,2 faizi Türkmənistan, hər birindən 0,9 faiz olmaqla İraq və Böyük Britaniya, 0,8 faizi Özbəkistan, 0,7 faizi İsrail, 6,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 74,0 faizini kişilər, 26,0 faizini qadınlar təşkil etmişdir.

Cari ilin yanvar-aprel aylarında Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 4,1 dəfə, Çindən - 3,5 dəfə, İspaniyadan, Omandan və Polşadan - 2,5 dəfə, Yaponiyadan – 2,4 dəfə, Qətərdən və Niderlanddan - 2,3 dəfə, ABŞ-dan, İraqdan, İtaliyadan, Fransadan və Kanadadan gələnlərin sayı 2,2 dəfə azalmışdır.                      

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,2 dəfə azalaraq 15,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,0 dəfə azalaraq 70,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,4 dəfə azalaraq 197,6 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 65,8 faizi dəmir yolu və avtomobil, 32,8 faizi hava, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                             

2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 42,3 faiz azalaraq 944,7 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 33,8 faizi İrana, 29,8 faizi Gürcüstana, 20,4 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 6,3 faizi isə digər ölkələrə səfər etmişdir. Gedənlərin 68,9 faizini kişilər, 31,1 faizini qadınlar təşkil etmişdir.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 50,3 faiz, Türkiyəyə gedənlərin sayı 42,4 faiz, Gürcüstana gedənlərin sayı 36,8 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 35,6 faiz azalmışdır.

2020-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,4 faizi dəmir yolu və avtomobil, 16,3 faizi hava, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Əlaqə telefonu: 538-81-76

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim