AZ    EN
logo
2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı biçilərək məhsulu yığılmışdır. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,4 milyard manatlıq məhsul satılmışdır 2020-ci ilin yanvar-iyul aylarında 21,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir 2020-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7588,3 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 720,0 manat olmuşdur 2020-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 9852,5 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-iyun aylarında ölkədə 2,7 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. 2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

2019-cu ildə tullantıların hərəkəti haqqında

05.05.2020, 12:00

2019-cu ildə ölkədə 3276,5 min ton və ya əvvəlki illə müqayisədə 13,1 faiz çox tullantı əmələ gəlmiş və onların 61,7 faizini bərk məişət tullantıları, 38,3 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil etmişdir.

Ötən il yaranmış 2021,6 min ton bərk məişət tullantılarının 72,9 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 26,8 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunmuş,  0,3 faizi isə ölkə daxilində satılmışdır. Məişət tullantılarından istifadə hesabına 195,9 milyon kVt saat və ya 2018-ci illə müqayisədə 20,8 faiz  çox elektrik enerjisi istehsal edilmişdir.

Sənayedə və iqtisadiyyatın digər sahələrində yaranmış istehsal tullantıları ehtiyatlarının 28,3 faizi müəssisələrdə xammal kimi istifadə edilmiş, 9,9 faizi ölkə daxilində satılmış, 3,0 faizi ixrac olunmuş, 14,0 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 44,8 faizi isə müəssisələrdə qalmışdır.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2018-ci illə müqayisədə 6,3 faiz az və ya 317,4 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 9,7 faiz olmuşdur. Tullantıların 56,8 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır ki, onların da  böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür.  Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 66,2 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilmişdir.

Telefon: 538-63-03

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim