AZ    EN
logo
2021-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 722,3 manat olmuşdur. 2021-ci ilin yanvar-may aylarında 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz artmışdır. 2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 104,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3752,8 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 713,2 manat olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 299,5 min olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında istehlakçılara 9,5 milyard manatlıq məhsul satılmışdır. 2021-ci il mart ayının 1-nə əhalinin sayı 10127127 nəfər olmuşdur. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.
image

Dövlət Statistika Komitəsinin statistik vahidlərə müraciəti

15.04.2020, 13:26

Hörmətli sahibkarlar, müəssisə və təşkilatların rəhbərləri!

Məlumat üçün bildiririk ki, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində xüsusi karantin rejimi dövründə Dövlət Statistika Komitəsinin əksər işçiləri əmək funksiyalarını evdə yerinə yetirirlər. Bununla əlaqədar olaraq rəsmi statistika hesabatlarının təqdim edilməsi ilə bağlı yaranan sualları Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində “Bizimlə əlaqə” bölməsinin “Dövlət Statistika Komitəsinin əməkdaşlarının e-poçt ünvanları” hissəsində (link: https://www.azstat.org/e_unvan/) göstərilmiş elektron poçt vasitəsi ilə ünvanlamağınız xahiş edilir.

 

Azərbaycan Respublikasının

   Dövlət Statistika Komitəsi

 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim