AZ    EN
logo
2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci ilin yanvar-mart aylarında orta aylıq nominal əməkhaqqı 744,5 manat olmuşdur 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6695,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 103,0 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 0,2 faiz artmışdır 2020-ci ilin yanvar-aprel aylarında əsas kapitala 0,5 faiz az vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 519,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq mal satılmışdır. 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayında orta aylıq nominal əməkhaqqı 712,1 manat olmuşdur 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalara dair işlər haqqında

23.04.2020, 12:00

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2019-cu ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 63,4 min işə baxılmışdır ki, bu da 2018-ci ilin göstəricisindən 2,1 faiz çoxdur. Onların 47,4 faizi idarəçilik qaydaları, 4,8 faizi yol hərəkəti qaydaları, 4,5 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 4,1 faizi sağlamlıq, 3,7 faizi mülkiyyət, 1,2 faizi iqtisadi fəaliyyət qaydaları, 1,1 faizi gömrük qaydaları əleyhinə olan, 3,7 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qalanları isə digər inzibati xətalarla bağlı olmuşdur. 

2019-cu ildə baxılmış işlərin 64,8 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilmiş, 24,7 faizinin icraatına xitam verilmiş, 9,2 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılmış, 1,3 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilmişdir.

İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 5,0 faiz artaraq 41,1 min nəfər olmuşdur. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 53,2 faizinə inzibati cərimə, 23,6 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 19,7 faizinə inzibati həbs, 1,9 faizinə ictimai işlər, 1,6 faizinə isə digər tənbeh növləri tətbiq edilmişdir.

Əlaqə telefonu: 538-90-32

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim