AZ    EN
logo
2021-ci ilin yanvar ayında əsas kapitala 724,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24201,1 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz azalmışdır. 2020-ci ildə mehmanxanaların gəlirləri 116,8 milyon manat olmuşdur 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 108 ölkəyə məhsul ixrac olunmuş, 175 ölkədən idxal olunmuşdur. 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 703,5 manat olmuşdur. 2020-ci ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Turizmin inkişafı haqqında

17.04.2020, 12:00

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 519,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,0 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə cari il fevralın 29-dan İran, martın 14-dən Gürcüstan, martın 15-dən Türkiyə, martın 18-dən Rusiya Federasiyası arasında dövlət sərhədində məhdudlaşdırıcı rejim, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlər tətbiq olunduğuna görə cari ilin mart ayında ölkəmizə gələnlərin sayında müşahidə olunmuş kəskin azalma ilə bağlı olmuşdur. Belə ki, cari ilin mart ayında ölkəmizə gələnlərin sayı əvvəlki ayla müqayisədə 53,4 faiz, ötən ilin mart ayı ilə müqayisədə isə 62,2 faiz azalmışdır.

Cari ilin birinci rübündə gələnlərin 30,3 faizi Rusiya Federasiyası, 28,3 faizi Gürcüstan, 11,7 faizi Türkiyə, 5,9 faizi İran, 2,4 faizi Hindistan, 2,3 faizi Səudiyyə Ərəbistanı, 2,0 faizi Ukrayna, hər birindən 1,5 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və  Pakistan, 1,4 faizi Küveyt, 1,3 faizi Qazaxıstan, 1,2 faizi Türkmənistan, 1,0 faizi İraq, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi Özbəkistan, 0,7 faizi İsrail, 6,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 73,0 faizini kişilər, 27,0 faizini isə qadınlar təşkil etmişdir.

Cari ilin birinci rübündə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 62,4 faiz, Çindən - 52,7 faiz, İrandan - 45,9 faiz, Omandan - 45,0 faiz, İraqdan - 41,0 faiz, ABŞ-dan - 31,7 faiz, İspaniyadan - 29,7 faiz, Qətərdən 27,8 faiz, İtaliyadan - 27,3 faiz, Niderlanddan - 23,2 faiz azalmışdır.                                                                     

Ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 36,3 faiz azalaraq 68,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22,0 faiz azalaraq 14,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,3 faiz azalaraq 189,6 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,9 faizi dəmir yolu və avtomobil, 33,8 faizi hava, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                            

2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 23,3 faiz azalaraq 932,5 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 34,1 faizi İrana, 30,0 faizi Gürcüstana, 20,4 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 5,7 faizi isə digər ölkələrə səfər etmişdir. Gedənlərin 68,5 faizini kişilər, 31,5 faizini qadınlar təşkil etmişdir.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,8 faiz, Türkiyəyə  gedənlərin sayı 23,8 faiz, Gürcüstana gedənlərin sayı 16,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 13,8 faiz azalmışdır.

2020-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,9 faizi dəmir yolu və avtomobil, 16,2 faizi hava, 0,9 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Əlaqə telefonu: 538-81-76

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim