AZ    EN
logo
2021-ci ilin yanvar ayında əsas kapitala 724,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24201,1 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz azalmışdır. 2020-ci ildə mehmanxanaların gəlirləri 116,8 milyon manat olmuşdur 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 108 ölkəyə məhsul ixrac olunmuş, 175 ölkədən idxal olunmuşdur. 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 703,5 manat olmuşdur. 2020-ci ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Turizmin inkişafı haqqında

03.04.2020, 12:00

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 149 ölkəsindən 426,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,0 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin      28,7 faizi Rusiya Federasiyası, 28,7 faizi Gürcüstan, 11,2 faizi Türkiyə, 6,2 faizi İran, hər birindən 2,6 faiz olmaqla Səudiyyə Ərəbistanı və Hindistan, hər birindən 1,8 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, 1,6 faizi Küveyt, 1,5 faizi Pakistan, 1,4 faizi Qazaxıstan, hər birindən 1,1 faiz olmaqla Türkmənistan və İraq, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,8 faiz olmaqla İsrail və Özbəkistan, 7,1 faizi digər ölkələrin vətəndaşları,  0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 72,3 faizini kişilər, 27,7 faizini isə qadınlar təşkil etmişdir.  

Ölkəmizə 2020-ci ilin yanvar-fevral aylarında gələnlərin sayında daha çox artım Səudiyyə Ərəbistanı (3,3 dəfə), İsrail (2,3 dəfə), Macarıstan (2,0 dəfə), Hindistan (1,8 dəfə), Küveyt (1,5 dəfə), Bəhreyn (1,5 dəfə), Belarus (35,5 faiz), Moldova (30,7 faiz), Qazaxıstan (27,7 faiz), Özbəkistan (26,2 faiz), İran (24,9 faiz), Rusiya Federasiyası (21,7 faiz), Almaniya (20,4 faiz), Ukrayna (18,3 faiz) və Pakistan (17,4 faiz) vətəndaşları arasında qeydə alınmışdır. 

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,7 faiz artaraq 12,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 21,2 faiz artaraq 147,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 17,4 faiz artaraq 62,2 min nəfər olmuşdur

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,0 faizi dəmir yolu və avtomobil, 35,0 faizi hava, 1,0 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                                   

2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 12,2 faiz artaraq 820,6 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 38,4 faizi İrana, 29,1 faizi Gürcüstana, 17,3 faizi Rusiya Federasiyasına, 9,9 faizi Türkiyəyə, 5,3 faizi isə digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,8 faizini kişilər, 32,2 faizini qadınlar təşkil etmişdir.

Bu dövrdə Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 19,9 faiz, İrana gedənlərin sayı 13,4 faiz, Türkiyəyə gedənlərin sayı 8,7 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,7 faiz azalmışdır.

2020-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,1 faizi dəmir yolu və avtomobil, 15,2 faizi hava, 0,7 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Əlaqə telefonu: 538-81-76

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim