AZ    EN
logo
2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci ilin yanvar-mart aylarında orta aylıq nominal əməkhaqqı 744,5 manat olmuşdur 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6695,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 103,0 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 0,2 faiz artmışdır 2020-ci ilin yanvar-aprel aylarında əsas kapitala 0,5 faiz az vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 519,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq mal satılmışdır. 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayında orta aylıq nominal əməkhaqqı 712,1 manat olmuşdur 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

2020-ci ilin yanvar-fevral aylarında sənaye istehsalı haqqında

16.03.2020, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 21,7 faiz artmışdır.

Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma sektorunda, 26,0 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 3,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 19,1 faiz artmışdır.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,0 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 5,7 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,5 dəfə, içkilərin istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 89,8 faiz, geyim istehsalı 79,6 faiz, hazır metal məmulatlarının istehsalı 56,5 faiz, mebel istehsalı 47,3 faiz, poliqrafiya məhsullarının istehsalı 40,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 39,6 faiz, kağız və karton istehsalı 27,5 faiz, elektrik avadanlıqlarının istehsalı 27,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 25,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 19,5 faiz, tütün məmulatlarının istehsalı 16,3 faiz, neft məhsullarının istehsalı 11,3 faiz, əczaçılıq məhsullarının istehsalı 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,6 faiz, qida məhsullarının istehsalı 1,2 faiz artmış, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 7,7 faiz, maşın və avadanlıqların istehsalı 19,1 faiz, tikinti materiallarının istehsalı 21,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 40,3 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 18,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3 faiz artmışdır.

Əlaqə telefonu : 539-87-17

 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim