AZ    EN
logo
image

BMT-nin Statistika Komissiyasının 51-ci sessiyası və rəsmi statistika üzrə Yüksək Səviyyəli Forum keçirilir

06.03.2020, 10:52

2-6 mart tarixlərində Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində BMT-nin Statistika Komissiyasının 51-ci sessiyası və rəsmi statistika üzrə Yüksək Səviyyəli Forum keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov iştirak edib.

Sessiyanın müzakirəsinə 24 sənəd çıxarılıb, 7 məlumat xarakterli məsələyə baxılıb. 4 gün davam edən sessiyada 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik üzrə göstəricilər və məlumatlar, statistik proqramların əlaqələndirilməsi, rəsmi statistikanın əsas prinsipləri, statistika sisteminin idarə olunması və modernizasiyası, irihəcmli və açıq məlumatlar, ümumdünya statistika günü, iqtisadi statistikanın perspektivləri, beynəlxalq müqayisələr proqramı, ekoloji-iqtisadi hesablar, regional səviyyədə statistikanın inkişafı, milli hesablar, beynəlxalq ticarət və sahibkarlıq, qiymət, kənd təsərrüfatı, demoqrafiya, səhiyyə, gender, qaçqınlar və məcburi köçkünlər, informasiya və kommunikasiya texnologiyaları statistikası, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və əhalinin təbii hərəkəti statistikası, dövlət idarəetməsi, sülh və təhlükəsizlik statistikası və bir sıra digər mövzular üzrə müvafiq ekspert və işçi qrupları tərəfindən hazırlanmış məruzələrə dair qərarlar qəbul olunub. Qeyd olunanlarla yanaşı, tədbir iştirakçılarına qısamüddətli iqtisadi statistika, xidmət, ətraf mühit, əlillik, insan potensialı inkişafı statistikasına, BMT-nin Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının qərarlarının icrası məqsədilə görülmüş işlərə dair məlumat xarakterli məruzələr təqdim edilib.

Rəsmi statistika üzrə Yüksək Səviyyəli Forumda isə müasir dövrdə məlumatların idarə olunması, milli statistika qurumlarının və baş statistiklərin dəyişən rolu ilə bağlı məsələlərə baxılıb.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim