2019-cu ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

14.02.2020, 12:00

2019-cu ildə ölkənin avtomobil yollarında 1870 və ya 2018-ci illə müqayisədə 2,9 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz artaraq 2523 nəfər olmuşdur. Onlardan 821-i həlak olmuş, 1702-si isə yaralanmışdır. Hadisələrin 44,9 faizi gündüz, 35,5 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş vermiş, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı 2018-ci ilə nisbətən 1,4 faiz artaraq 564 nəfər, yaralananların sayı 0,2 faiz artaraq 1631 nəfər olmuşdur.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı 2019-cu il 2018-ci ilə nisbətən, faizlə
Bütün yol-nəqliyyat hadisələri – cəmi 1870 102,9
Məkanına görə:
magistral avtomobil yollarında 233 128,0
yaşayış məntəqələrində 1637 100,1
İşıqlılıq vəziyyətinə görə:
gündüz vaxtı 840 112,9
toran vaxtı 366 98,9
gecə vaxtı 664 94,5
Yol örtüyünün vəziyyətinə görə:
quru yol örtüyü 1792 105,3
digər (yaş, buz və s.) 78 67,2
Zərərçəkənlərin sayı, nəfər 2523 103,7
həlak olanlar 821 113,7
yaralananlar 1702 99,5

Bütün yol-nəqliyyat hadisələrinin 43,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,6 faizini, yaralananların isə 72,9 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş vermiş, nəticədə 18 nəfər həlak olmuş, 21 nəfər yaralanmışdır. Hadisələrin 60,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3999,1 min olmuşdur. Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 22,1 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,5 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır.

Qaydaların pozulmasına görə 119,0 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.

Əlaqə telefonu: 538-93-98