Turizmin inkişafı haqqında

14.02.2020, 12:00

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya 2019-cu ilin yanvar ayı ilə müqayisədə 18,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 30,0 faizi Rusiya Federasiyası, 28,2 faizi Gürcüstan, 10,6 faizi Türkiyə, 5,8 faizi İran, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, hər birindən  1,8 faiz olmaqla Ukrayna və Küveyt, hər birindən 1,4 faiz olmaqla Qazaxıstan və Pakistan, 1,1 faizi Türkmənistan, 0,9 faizi İraq, hər birindən 0,8 faiz olmaqla Böyük Britaniya və İsrail, 7,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil etmişdir.

Ölkəmizə 2020-ci ilin yanvar ayında gələnlərin sayında daha çox artım Səudiyyə Ərəbistanı (4,2 dəfə), İsrail (2,6 dəfə), Hindistan (80,2 faiz), Küveyt (73,3 faiz), Bəhreyn (69,8 faiz), Malayziya (62,5 faiz), Çin (54,0 faiz), Macarıstan (42,9 faiz), Belarus (29,5 faiz), Moldova (28,6 faiz), Yaponiya  (26,6 faiz), İran (26,4 faiz), Cənubi Koreya (21,7 faiz), Ukrayna (21,1 faiz), Rusiya Federasiyası (20,4 faiz), Qazaxıstan (19,6 faiz) və Pakistan (15,3 faiz) vətəndaşları arasında qeydə alınmışdır. 

2020-ci ilin yanvar ayında Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 21,2 faiz artaraq 34,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,4 faiz artaraq 80,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı isə 1,0 faiz artaraq 5,9 min nəfər olmuşdur

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,1 faizi dəmir yolu və avtomobil, 35,0 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə etmişdir.                                                                                   

2019-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 21,5 faiz artaraq 433,7 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 38,1 faizi İrana, 29,9 faizi Gürcüstana, 16,8 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,4 faizi isə digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,4 faizini kişilər, 32,6 faizini qadınlar təşkil etmişdir.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,2 faiz, Gürcüstana gedənlərin sayı 29,9 faiz, Türkiyəyə gedənlərin sayı 15,9 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,1 faiz azalmışdır.

2020-ci ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,2 faizi dəmir yolu və avtomobil, 15,2 faizi hava, 0,6 faizi isə su nəqliyyatından istifadə etmişdir.

Əlaqə telefonu: 538-81-76