AZ    EN
logo
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 149 ölkəsindən 426,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1965,2 milyon manat vəsait yönəldilmişdir 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5858,7 milyon manatlıq məhsullar satılmışdır. 2020-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-fevral aylarına nisbətən 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar ayında orta aylıq nominal əməkhaqqı 712,1 manat olmuşdur 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsulun həcmi 12578,0 milyon manat təşkil etmişdir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Pərakəndə ticarət dövriyyəsi haqqında

12.02.2020, 12:00

2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 3,2 faiz üstələyərək 3,1 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 1,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2019-cu ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,6 faiz artmışdır.

Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2019-cu ilin yanvar ayına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 3 075,6 103,2
o cümlədən:
ərzaq məhsulları 1 378,2 102,9
içkilər və tütün məmulatları 186,1 101,5
toxuculuq məhsulları, geyim və ayaqqabılar 541,7 104,0
elektrik malları və mebellər 184,3 103,4
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 21,2 103,5
əczaçılıq və tibbi mallar 40,5 103,7
avtomobil yanacağı 166,5 101,1
digər qeyri-ərzaq məhsulları 557,1 103,9

Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8 faizi ərzaq məhsullarının, 6,1 faizi içkilər və tütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2020-ci ilin yanvar ayında istehlak məhsullarının dəyər ifadəsində 23,6 faizi ticarət müəssisələri, 49,2 faizi fərdi sahibkarlar tərəfindən, 27,2 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,1 faiz, fərdi sahibkarlar üzrə 0,8 faiz artmış, bazar və yarmarkalarda isə 8,4 faiz azalmışdır.

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 309,1 manat və ya 2019-cu ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 15,3 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,9 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

Əlaqə telefonu: 538 77 25

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim