AZ    EN
logo
2020-ci ilin yanvar ayında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 6520,2 milyon manat təşkil etmişdir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar ayında əsas kapitala 996,7 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların 3,1 milyard manata bərabər olmuşdur. 2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır. Cari il dekabr ayının 24-ü vəziyyətinə 1019200,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 603,5 manat təşkil etmişdir. 2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1639,1 min nəfər olmuşdur. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir.

2020-ci ilin yanvar ayında sənaye istehsalı haqqında

12.02.2020, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq və ya 2019-cu ilin müvafiq ayı ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,6 faiz artmışdır.

Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma sektorunda, 26,4 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 3,8 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 21,1 faiz artmışdır.

Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,2 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 89,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 82,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,8 faiz, geyim istehsalı 70,1 faiz, hazır metal məmulatlarının istehsalı 63,9 faiz, əczaçılıq məhsullarının istehsalı 60,0 faiz, mebel istehsalı 53,3 faiz, içkilərin istehsalı 40,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 40,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 38,8 faiz, tikinti materiallarının istehsalı 35,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,7 faiz, neft məhsullarının istehsalı 21,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,5 faiz, tütün məmulatlarının istehsalı 1,6 faiz, qida məhsullarının istehsalı 1,1 faiz artmış, toxuculuq sənayesi məhsullarının istehsalı 1,4 faiz, kağız və karton istehsalı 9,1 faiz, poliqrafiya məhsullarının istehsalı 30,3 faiz, elektrik avadanlıqlarının istehsalı 33,3 faiz, maşın və avadanlıqların istehsalı 44,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,7 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,0 faiz artmışdır.

Əlaqə telefonu : 539-87-17

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim