AZ    EN
logo
2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci ilin yanvar-mart aylarında orta aylıq nominal əməkhaqqı 744,5 manat olmuşdur 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6695,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 103,0 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 0,2 faiz artmışdır 2020-ci ilin yanvar-aprel aylarında əsas kapitala 0,5 faiz az vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 519,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq mal satılmışdır. 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayında orta aylıq nominal əməkhaqqı 712,1 manat olmuşdur 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Xarici ticarət əlaqələri haqqında

12.02.2020, 12:00

2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 122 ölkəyə məhsul ixrac olunmuş, 185 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ildə ölkənin xarici ticarət dövriyyəsi 33138,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 19471,3 milyon dollar, idxalın dəyəri 13667,2 milyon dollar təşkil etmiş, nəticədə 5804,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci illə  müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,3 faiz artmış, real ifadədə isə 3,7 faiz, o cümlədən idxal 6,5 faiz, ixrac 2,0 faiz azalmışdır. Bu dövr ərzində ölkədən 1954,4 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilə nisbətən faktiki qiymətlərlə 13,9 faiz, real ifadədə isə 7,8 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 28,7 faizini İtaliyaya, 14,6 faizini Türkiyəyə, 6,8 faizini İsrailə, 4,9 faizini Hindistana, 4,7 faizini Almaniyaya, 3,8 faizini Çinə, 3,7 faizini Rusiyaya, 3,6 faizini İspaniyaya, 3,3 faizini Çexiyaya, 3,0 faizini Gürcüstana, 2,7 faizini Fransaya, 2,4 faizini Birləşmiş Krallığa, 2,2 faizini Xorvatiyaya, hər biri 1,8 faiz olmaqla Tailand və Portuqaliyaya, 1,7 faizini Ukraynaya, 10,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (35,3 faiz), Türkiyəyə (20,6 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (8,1 faiz), Ukraynaya (2,6 faiz), İtaliyaya (2,2 faiz), Çinə (1,9 faiz), Yunanıstana (1,8 faiz), Özbəkistana (1,4 faiz), İrana (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,8 faizi Rusiya, 12,0 faizi Türkiyə, 10,5 faizi Çin, 9,0 faizi İsveçrə, 5,6 faizi ABŞ, 5,2 faizi Almaniya, 3,4 faizi Ukrayna, 3,3 faizi İran, 2,9 faizi  Kanada, 2,7 faizi İtaliya, 2,2 faizi Avstraliya, 1,8 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Yaponiya, 21,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2019-cu ildə 2018-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 5,4 faiz, şəkər – 40,8 faiz, tütün – 1,6 dəfə, meyvə və tərəvəz şirələri – 31,8 faiz, çay – 10,2 faiz, meyvə və tərəvəz konservləri – 3,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 21,3 faiz, pambıq lifi – 1,6 dəfə, emal olunmamış alüminium – 32,9 faiz, polietilen – 8,8 faiz, pambıq ipliyi – 34,9 faiz, bentonit gili – 19,1 faiz artmış, təzə tərəvəz ixracı isə 5,2 faiz, kartof – 7,2 faiz, bitki yağları – 24,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 19,1 faiz, qara metallardan yarımfabrikatlar – 37,6 faiz, qara metallardan borular – 82,5 faiz azalmışdır.

2018-ci illə müqayisədə 2019-cu ildə buğda idxalı 46,6 faiz, xam şəkər və şəkər – 45,1 faiz, təzə meyvə – 3,5 faiz, bitki yağları – 8,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 15,8 faiz, çay – 8,8 faiz, kartof – 27,6 faiz, quş əti və onun əlavə məhsulları – 10,6 faiz, mal əti – 5,8 faiz, təzə tərəvəz – 17,9 faiz, minik avtomobilləri – 1,7 dəfə, polad prokatı – 29,7 faiz, mineral gübrələr – 17,0 faiz, hesablama maşınları, blok və qurğuları – 16,8 faiz, rezin şinlər – 17,9 faiz, avtobuslar – 1,8 dəfə, mebellər – 4,2 faiz, yük avtomobilləri – 1,6 dəfə, polietilen – 20,9 faiz, məişət kondisionerləri – 54,2 faiz, paltaryuyan maşınlar – 6,6 faiz, qara metallardan künclüklər – 19,0 faiz artmış, siqaret idxalı isə 62,1 faiz, qara metallardan borular – 12,7 faiz, qara metallardan çubuqlar – 12,2 faiz, sement və sement klinkerləri – 5,2 faiz, məişət soyuducuları – 9,6 faiz azalmışdır.

Əlaqə telefonu: 538 77 25

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim