AZ    EN
logo
2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci ilin yanvar-mart aylarında orta aylıq nominal əməkhaqqı 744,5 manat olmuşdur 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6695,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 103,0 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 0,2 faiz artmışdır 2020-ci ilin yanvar-aprel aylarında əsas kapitala 0,5 faiz az vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 519,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq mal satılmışdır. 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayında orta aylıq nominal əməkhaqqı 712,1 manat olmuşdur 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Meşəbərpa tədbirlərinin aparılması haqqında

05.02.2020, 12:00

2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərilmiş, o cümlədən 14,0 min hektarda meşəbərpa tədbirləri aparılmışdır. Görülmüş tədbirlər çərçivəsində 1,5 min hektar sahədə yeni meşə ağacları əkilmiş, o cümlədən 12,0 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilmiş və 12,5 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilmişdir. Bundan başqa, 61,7 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılmışdır.

Ümumilikdə 2019-cu ildə meşə ilə örtülü sahələrdən 38,1 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilmişdir ki, bunların da 7,1 tonu qoz, 0,4 tonu ərik, 0,4 tonu şaftalı, 26,6 tonu palıd, 2,8 tonu digər ağac və kol cinslərinin toxumlarının payına düşmüşdür.

Əlaqə telefonu: 538-75-71

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim