AZ    EN
logo

Payızlıq bitkilərin səpini barədə

28.12.2019, 12:00

Ölkədə 2020-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 1019200,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış sahənin 98,4 faizini və yaxud 1002745,5 hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 636217,0 hektarı buğda, 366178,5 hektarı arpa, 350,0 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Şəki şəhəri (42747,5 ha) və Cəlilabad (54979,1 ha), Füzuli (28778,0 ha), Şamaxı (28556,4 ha), Hacıqabul (24312,0 ha), İsmayıllı (22712,0 ha), Qobustan (20696,0 ha) rayonlarında, ən çox arpa bitkisi Şəki şəhəri (24412,2 ha) və Neftçala (36803,0 ha), Kürdəmir (32884,0 ha), Biləsuvar (17924,5 ha), Ağsu (17231,0 ha), Ağdaş (12997,0 ha), Şamaxı (11968,0 ha) rayonlarında səpilmişdir. 

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 0,3 faiz, o cümlədən arpanın səpin sahəsi 10,6 faiz, çovdarın səpin sahəsi 43,4 faiz artmış, buğdanın səpin sahəsi 4,8 faiz azalmışdır.

Əlaqə telefonu: 538-75-71

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim