AZ    EN
logo
2020-ci ilin yanvar-avqust aylarında ölkədə 3,0 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-avqust aylarında əsas kapitala 8682,4 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-avqust aylarında 24,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-iyul aylarında orta aylıq nominal əməkhaqqı 715,4 manat olmuşdur. 2020-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 13777,6 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı biçilərək məhsulu yığılmışdır. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 720,0 manat olmuşdur 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.
image

Bakıda “Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi” mövzusunda konfrans keçirilib

11.12.2019, 14:30

Dekabrın 11-də Bakıda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsinin (KOSTAT) birgə təşkilatçılığı ilə “Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Konfransda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, KOSTAT-ın sədri Kanq Şin-Uok, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tong-op Kim açılış nitqi ilə çıxış ediblər.

Qeyd olunub ki, Dövlət Statistika Komitəsi ilə KOSTAT arasında 2018-2019-cu illərdə Azərbaycanda statistika potensialının gücləndirilməsi ilə bağlı 2 layihə həyata keçirilib. Birinci layihə çərçivəsində Dövlət Statistika Komitəsinin statistika və informasiya texnologiyaları üzrə cari vəziyyəti və ehtiyacları təhlil edilib, Komitədə  2 ədəd server avadanlıqları quraşdırılıb və rəsmi statistika məlumatlarının yayımı sahəsində beynəlxalq səviyyədə tətbiq olunan standartlara uyğun üslubda, istifadəçi yönümlü “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi hazırlanaraq istifadəyə verilib. İkinci layihə hesabına isə Komitədə müasir informasiya texnologiyaları avadanlıqları ilə təchiz edilmiş 31 yerlik təlim otağı yaradılıb, iqtisadi və sosial statistika sahəsində KOSTAT-ın təcrübəsi ilə tanış olmaq üçün Komitənin 34 əməkdaşına Koreya Respublikasında, 50-dən çox əməkdaşına Azərbaycanda təlimlər keçirilib, eyni zamanda Azərbaycan üçün statistikanın müxtəlif sahələrinə dair modul tipli təlim proqramları hazırlanıb.

Sonra konfransda “Statistikanın modernizasiyası - Koreya təcrübəsi”, “Dövlət Statistika Komitəsində rəsmi statistik məlumatların istehsalı proseslərinin təşkili: həyata keçirilmiş islahatlar və yeni çağırışlar”, “Modul tipli statistik təlim proqramları”, “Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi tərəfindən birgə həyata keçirilmiş layihələrin qısa icmalı” mövzularında təqdimatlar dinlənilib. 

Konfransda eyni zamanda “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması mərasimi təşkil olunub. Anlaşma Memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və KOSTAT-ın sədri Kanq Şin-Uok imzalayıblar.

Konfransda iştirakçıları və KİV nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb. 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim