AZ    EN
logo
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 149 ölkəsindən 426,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1965,2 milyon manat vəsait yönəldilmişdir 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5858,7 milyon manatlıq məhsullar satılmışdır. 2020-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-fevral aylarına nisbətən 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar ayında orta aylıq nominal əməkhaqqı 712,1 manat olmuşdur 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsulun həcmi 12578,0 milyon manat təşkil etmişdir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

2019-cu ilin yanvar-noyabr aylarında sənaye istehsalı haqqında

11.12.2019, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-noyabr aylarında 42,2 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 13,9 faiz artmışdır.

Sənaye məhsulunun 70,0 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 3,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 27,1 faiz artmışdır.

Emal sektorunda hazır metal məmulatlarının istehsalı 82,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 80,6 faiz, tütün məmulatlarının istehsalı 55,7 faiz, içkilərin istehsalı 40,0 faiz, poliqrafiya məhsullarının istehsalı 39,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 36,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,9 faiz, mebel istehsalı 29,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 27,3 faiz, əczaçılıq məhsullarının istehsalı 24,7 faiz, kağız və karton istehsalı 23,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,1 faiz, geyim istehsalı 11,5 faiz, qida məhsullarının istehsalı 10,4 faiz, maşın və avadanlıqların istehsalı 5,2 faiz, tikinti materiallarının istehsalı 4,4 faiz, elektrik avadanlıqlarının istehsalı 1,3 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,3 faiz, neft məhsullarının istehsalı 3,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 10,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 11,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,3 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,9 faiz artmışdır.

Əlaqə telefonu : 539-87-17

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim