AZ    EN
logo

İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında

12.11.2019, 11:57

2019-cu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,2 faiz bahalaşmışdır.

Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,9 faiz bahalaşmışdır.

Ay ərzində düyünün, unun, manna və qarabaşaq yarmasının, mal və qoyun ətinin, təzə balığın, hisə verilmiş kolbasanın, pasterizə olunmamış üzlü südün, pendirin, yoqurtun, yumurtanın, süfrə marqarininin, portağalın, bananın, üzümün, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, sarımsağın, kartofun, meyvə şirəsinin qiymətlərində bahalaşma, makaron məmulatlarının, suda bişmiş kolbasanın, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, xamanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, xurmanın, şabalıdın, kələmin, yerkökünün, çuğundurun, göy lobyanın, balqabağın, mərcinin, şəkərin, qəhvə, çay və kakaonun, arağın, pivənin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, mebel və ev əşyalarının, soyuducuların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, divar kağızlarının, kərpicin, kəsilmiş taxtanın, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, televizorların, kondisionerlərin, mobil telefonların, sementin, parketin, boyaların qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının, avtomobillərin təmiri, restoran və kafelər tərəfindən göstərilən xidmətlərin, bərbərxana və kosmetik xidmətlərin qiymətləri bahalaşmış, mənzillərin icarə haqqı, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim