AZ    EN
logo
2021-ci ilin yanvar ayında əsas kapitala 724,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24201,1 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz azalmışdır. 2020-ci ildə mehmanxanaların gəlirləri 116,8 milyon manat olmuşdur 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 108 ölkəyə məhsul ixrac olunmuş, 175 ölkədən idxal olunmuşdur. 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 703,5 manat olmuşdur. 2020-ci ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Əsas kapitala yönəldilmiş vəsait haqqında

12.09.2019, 11:36

2019-cu ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 66,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı sahələrinə, 26,0 faizi xidmət sahələrinə, 9,7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,9 faiz, büdcə vəsaitləri 27,7 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil etmişdir.

2019-cu ilin yanvar-avqust aylarında Bakı şəhərində şpris istehsalı zavodu, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Bakı şəhərində 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.       

Əlaqə telefonu: 539-87-17          

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim