AZ    EN
logo
2020-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 8180,5 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. 2020-ci ilin yanvar-may aylarında ölkədə 1,7 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-may aylarında əsas kapitala 4907,6 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-may aylarında 0,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 736,2 manat olmuşdur. 2020-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 519,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.
image

Azərbaycan və Koreyanın statistika qurumları arasında əməkdaşlıq məsələləri genişləndirilir

05.09.2019, 11:03

2-6 sentyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Koreya Statistika Komitəsi ilə imzalanmış “Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində Koreyaya səfər ediblər. Səfər zamanı iki ölkənin statistika qurumları arasında əməkdaşlıq məsələləri, sözügedən layihənin icrası ilə bağlı görülmüş işlər, ötən dövr ərzində əldə olunmuş nailiyyətlər müzakirə edilib, statistika və siyasət, milli statistika sistemi, statistik istehsal prosesinin təşkili və keyfiyyətin idarə edilməsi sahələrində Koreya təcrübəsi haqqında məlumat verilib.

Dövlət Statistika Komitəsinin nümayəndələri ilə görüşən Koreya Statistika Komitəsinin sədri Shin - Wook Kang qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında 2018-ci ildə imzalanmış “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsinin uğurla icra olunmasını, həmçinin layihə çərçivəsində “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sisteminin  istifadəyə verilməsini yüksək qiymətləndirir və qeyd olunanlar  iki qurum arasında qurulmuş əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı zəmin yaratmışdır. Bildirib ki, əvvəlki təcrübə və layihənin icrası nəticəsində əldə olunmuş nailiyyətlər nəzərə alınmaqla cari ilin iyun ayında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə imzalanmış hazırkı Anlaşma Memorandumu Azərbaycanda statistik kadr potensialının gücləndirilməsi məqsədini daşıyır. Bu layihənin də uğurla başa çatdırılması üçün Anlaşma Memorandumunun texniki şərtlərində nəzərdə tutulan tədbirlərin qrafik üzrə vaxtında icra olunduğunu diqqətə çatdıran Shin-Wook Kang sosial-iqtisadi statistika və informasiya texnologiyaları mövzüsunda təlimlərin təşkili, eləcə də statistik təlim modullarının hazırlanması istiqamətində görülmüş işləri qeyd edib. Bununla yanaşı, o, Koreya Statistika Komitəsinin Dövlət Statistika Komitəsi ilə gələcəkdə də əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə edib və vurğulayıb ki, bu əməkdaşlıq statistika ilə yanaşı, Koreya və Azərbaycan xalqı arasında dostluq əlaqələrinin inkişafına töhfə verəcək.

Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov rəsmi statistika sahəsində son illər Azərbaycanda həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. Bildirib ki, qabaqcıl dünya ölkələrində tətbiq edilən innovativ yanaşmaların və ən yeni standartların öyrənilərək onların ölkənin statistika sisteminə inteqrasiyası məqsədilə Dövlət Statistika Komitəsi beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin statistika qurumları ilə fəal əməkdaşlıq edir. Bu baxımdan statistik məlumatların istehsalı, xüsusilə məlumatların yayımı prosesində daha üstün təcrübəyə malik Koreya Statistika Komitəsi ilə əməkdaşlıq Dövlət Statistika Komitəsi üçün yeni imkanlar yaratmışdır. Y.Yusifov qeyd edib ki, rəsmi statistika sistemində vahid platforma üzərində metaməlumatlarla müşayiət olunan məlumat bazalarının yaradılması, onların müasir yayım standartlarına uyğun istifadəçilərə təqdim olunması məqsədilə Koreya Statistika Komitəsinin dəstəyi ilə Azərbaycanda ASİS-in yaradılaraq istifadəyə verilməsi mühüm əhəmiyyətə malikdir. O, bu il layihə üzrə də nəzərdə tutulan tədbirlərin, o cümlədən Dövlət Statistika Komitəsində təlim otağının yaradılmasının, statistik təlim modullarının hazırlanmasının, 30-dan çox Komitə əməkdaşına Koreyada təlimlərin keçirilməsinin Azərbaycanda statistik kadr potensialının gücləndirilməsinə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb. 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim