logo
2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19932,8 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 24,2 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artmışdır. 2019-cu ilin yanvar-avqust aylarında əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 587,7 manat olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdır. Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Turizmin inkişafı haqqında

20.08.2019, 11:45

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-iyul aylarında  Azərbaycana dünyanın 187 ölkəsindən 1777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin  30,6 faizi Rusiya Federasiyası, 22,8 faizi Gürcüstan, 9,9 faizi Türkiyə, 7,2 faizi İran, 3,6 faizi Səudiyyə Ərəbistanı, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, hər birindən 1,5 faiz olmaqla Türkmənistan və İraq, hər birindən 1,4 faiz olmaqla Qazaxıstan, İsrail və Pakistan, 1,3 faizi Böyük Britaniya, 11,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini isə qadınlar təşkil etmişdir.

Ölkəmizə yanvar-iyul aylarında gələnlərin sayında daha çox artım Misir (83,2 faiz), Hindistan (80,6 faiz), Türkmənistan (78,5 faiz), Çin (74,3 faiz), Səudiyyə Ərəbistanı (48,8 faiz), Macarıstan (48,1 faiz), Böyük Britaniya (30,9 faiz), Cənubi Koreya (30,9 faiz), Yaponiya (29,3 faiz), Polşa (27,7 faiz), Kanada (25,2 faiz), Almaniya (25,1 faiz) və Gürcüstan (23,4 faiz) vətəndaşları arasında qeydə alınmışdır.

2019-cu ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  26,3 faiz artaraq 83,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 6,7 faiz artaraq 655,1 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,8 faizi dəmir yolu və avtomobil, 41,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.

2019-cu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artaraq 3115,1 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi Gürcüstana, 17,7 faizi Rusiya Federasiyasına, 11,0 faizi Türkiyəyə, 5,4 faizi digər ölkələrə getmişdir. Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil etmişdir.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz, Gürcüstana gedənlərin sayı 12,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 3,7 faiz artmışdır.

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,7 faizi dəmir yolu və avtomobil, 16,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.

Əlaqə telefonu: 538-81-76

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim