AZ    EN
logo

2019-cu ilin yanvar-iyul aylarında Ümumi Daxili Məhsul istehsalı

16.08.2019, 10:06

2019-cu ilin yanvar-iyul aylarında ölkədə 44473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 4499,5 manata bərabər olmuşdur.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3 faiz, sənayedə 3,3 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6 faiz, digər xidmət sahələrində 1,7 faiz artmış, tikintidə isə 9,1 faiz azalmışdır.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,0 faiz, neft-qaz sektorunda isə 1,9 faiz artmışdır.

Əlaqə telefonu:  538-74-50

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim