AZ    EN
logo
2021-ci ilin yanvar ayında əsas kapitala 724,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24201,1 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz azalmışdır. 2020-ci ildə mehmanxanaların gəlirləri 116,8 milyon manat olmuşdur 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 108 ölkəyə məhsul ixrac olunmuş, 175 ölkədən idxal olunmuşdur. 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 703,5 manat olmuşdur. 2020-ci ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında

09.08.2019, 11:22

2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,0 faiz bahalaşmışdır.

Cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşmış, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri isə sabit qalmışdır.

Ay ərzində uzun düyünün, unun, vermişelin, toyuq ətinin, suda bişmiş kolbasanın, sosiskanın, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, armudun, gavalının, əriyin, şaftalının, qarpız və yemişin, üzümün, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, kartofun, quru noxudun, mərcinin, şəkər və şəkər tozunun, çay və kakao tozunun, dondurmanın, mineral suların, limonadın, energetik içkilərin qiymətlərində ucuzlaşma, yumru düyünün, spagettinin, mal və qoyun ətinin, hisə verilmiş və yarım hisə verilmiş kolbasanın, konservləşdirilmiş mal ətinın, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatığın, brınza pendirinin, kərə yağının, limonun, almanın, albalı və gilasın, çiyələyin, kələmin, pomidorun, xiyarın, soğanın, kola içkisi və pivənın qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, velosipedlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri üçün ehtiyat hissərərinin, yağlı və sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtanın, parketin, paltaryuyan maşınların, kondisionerlərin, ventilyatorların, fotoaparatların, planşet tipli kompüterlərin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, mikrodalğalı sobaların, televizorların, mobil telefonların, noutbukların, saç üçün şampun və boyaların, dezodorantların, toz şəklində sintetik yuyucu vasitələrin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər müşahidə olunmamışdır.

Cari ilin iyul ayında iyun ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən məişət cihazlarının, avtomobillərin və ayaqqabıların təmiri, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə və hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ödənişli ali təhsil haqqlarının və istirahət turlarının qiymətləri bahalaşmış, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim