2019-cu ilin yanvar-iyun aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

07.08.2019, 11:36

2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 822 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,2 faiz artaraq 1087 nəfər olmuşdur. Onlardan 342-si həlak olmuş, 745-i isə yaralanmışdır. Hadisələrin 46,3 faizi gündüz, 36,5 faizi gecə, 17,2 faizi isə toran vaxtı baş vermiş, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 89,7 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalaraq 249 nəfər, yaralananların sayı isə 0,7 faiz azalaraq 723 nəfər olmuşdur.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı 2019-cu ilin yanvar-iyun aylarında, vahid 2018-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə
Bütün yol-nəqliyyat hadisələri – cəmi 822 102,0
Məkanına görə:
magistral avtomobil yollarında 85 119,7
yaşayış məntəqələrində 737 100,3
İşıqlılıq vəziyyətinə görə:
gündüz vaxtı 381 119,8
toran vaxtı 141 80,1
gecə vaxtı 300 96,2
Yol örtüyünün vəziyyətinə görə:
quru yol örtüyü 781 103,3
digər (yaş, buz və s.) 41 82,0
Zərərçəkənlərin sayı, nəfər 1087 101,2
həlak olanlar 342 110,0
yaralananlar 745 97,6

Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,1 faizi (0,7 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi (24,8 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,0 faizini, yaralananların isə 73,4 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş vermiş, nəticədə 4 nəfər ölmüş,  9 nəfər yaralanmışdır. Hadisələrin 66,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

Əlaqə telefonu: 538-93-98